ADPU-da AXC-nin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 23.05.2018 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimlər və tələbələr, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, yazıçılar, ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş əsərlərlə tanış olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, xalqımız böyük tarixi hadisə ərəfəsindədir. Xalqımız hər il 28 May-Respublika Gününü qeyd edir. Bu il isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il may ayının 16-da Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzalayıb. Həmçinin dövlət başçımız 2018-ci il yanvar ayının 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Xalq Cümhuriyyəti yalnız xalqımızın deyil, eləcə də bütün Türk dünyasının milli qürur mənbəyidir. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev deyib: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızın azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlament tipli respublikadır. Azərbaycan Xalq Cümhuriyyəti dünyada ilk dəfə qadınlara seçib-seçilmək hüququ verib. ADPU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir və bu tədbirlərin davamlı olması nəzərdə tutulur. Cümhuriyyət liderlərinin həyat və fəaliyyəti dərindən öyrənilməli, Cümhuriyyət dəyərləri geniş təbliğ edilməlidir.
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri, araşdırmaçı, yazıçı İrfan Çiftçi çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” deyib. Yüz il bundan öncə Azərbaycan xalqının vətənpərvər ruhlu, müasir, mütərəqqi və demokratik düşüncəli övladları Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Azərbaycan Xalq Cümhuriyyətinin Türk dünyasının ictimai-siyasi fikir və dövlətçiliyi tarixində xüsusi şərəfli yeri və mövqeyi var. Hazırda Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə inkişaf edir.
Məhəmməd Əmin Rəsulzadə irsinin tədqiqatçısı, yazıçı-publisist Nəcibə Bağırzadə çıxışında xalqımızın bu böyük oğlunun həyat və fəaliyyəti, apardığı siyasi mübarizə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, M.Ə.Rəsulzadə gənclik illərindən xalqımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Zəngin biliyə, geniş dünyagörüşünə malik olan M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətlər göstərib. Cümhuriyyət dövründə Azərbaycan dili dövlət dili elan edildi, üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin xatirəsi bizim üçün həmişə əzizdir.
Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, şair, esseist, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər.
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin dekanı, dosent Laçın Həsənova tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür edib.
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fakültəsinin II tədris ilinin tələbələri Aslan Muradoğlu, Elşən Abbaszadə, Əhməd Almuradov sazda “Naxçıvani”, “Urfani” mahnılarını ifa ediblər. Fakültənin III tədris ilinin tələbələri Leyla Həsənli, Etibar İsmayılov, Teymur Sadatov tar və kamançada Azərbaycan xalq rəqsləri olan “On dörd” və “Simayi-şəms” rəqslərini ifa ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info