“Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı olub
Tarix: 23.05.2018 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi kafedrasının professoru, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib. BANM-dən bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov Kənan Yusifzadəni yeni çapdan çıxan kitabının təqdimatı münasibətilə təbrik edib. “BANM neft-qaz sənayesinin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayır. Sabahın mühəndisləri olacaq tələbələrimiz istehsalatda baş verə biləcək hər cür ekstremal vəziyyətə hazır olmalı, lazımi anda düzgün tibbi yardım göstərməyi bacarmalıdırlar. Bu baxımdan, professor Kənan Yusifzadənin müəllifi olduğu dərsliyin rolu əvəzedilməzdir”, - deyə rektor qeyd edib. Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da müəllifi təbrik edib və müxtəlif sahələrdə çalışan insanlar üçün böyük əhəmiyyəti olan bu dərsliyin hər kəsin stolüstü kitabına çevrilməsinin vacibliyini vurğulayıb. Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə kitabda hadisə yerində zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üçün vacib olan əsas məlumatların yer aldığını bildirib. Qeyd edib ki, dərslik ilk tibbi yardımın bütün üsullarının asanlıqla mənimsənilməsi, həmçinin özünə və başqalarına dərhal yardım göstərə bilmək bacarıqlarının əldə olunması üçün çox faydalıdır. BANM-in müəllim və tələbələri də çıxış edərək “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının məziyyətlərindən danışıb, müəllifə minnətdarlıqlarını bildiriblər. Sonda Kənan Yusifzadə kitabının geniş təqdimatına, həmçinin nəşrin ərsəyə gəlməsində ona göstərilən dəstəyə görə BANM-in rektoruna təşəkkür edib. Qeyd edək ki, Kənan Yusifzadə 2016-cı ildən mülki müdafiənin və tibbi yardımın əsasları fənnindən dərs deyir. Onun ali məktəbin beşinci kurs tələbələri üçün dərs vəsaiti kimi hazırladığı eyniadlı kitabı 6 fəsildən ibarətdir və ingilis dilində hazırlanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
700 bal toplayan abituriyent: “Seçimim BANM oldu”
21.06.2018
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı
21.06.2018
Nazir: “Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub“
21.06.2018
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 17-ci ili tamam olur
20.06.2018
On beşinci əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info