Belarusiyadan idxal edilən kərə yağlarının keyfiyyətinə zəmanət verilir
Tarix: 23.05.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Son günlər sosial şəbəkələrdə ölkə bazarında Belarusiya kərə yağı adı altında mənşəyi bilinməyən kərə yağlarının satıldığı müzakirə olunur.
Respublikamıza Belarusiyadan kərə yağı idxalı ilə məşğul olan şirkətlərdən biri də Veysəloğlu MMC-dir. Şirkət olaraq kərə yağlarını Belarusiyanın tanınmış süd və süd məhsulları istehsalçısı COMPİMİLK OAO müəssisəsindən tədarük edirik. Müssisədən ölkəmizə idxal olunan kərə yağları “Milk World” və “Shuchinski Belarus” adı altında pərakəndə və topdan satış mağazalarına paylanılır. “Milk World” adı ilə satışda olan kərə yağları marketlərdə 1 kiloqramlıq qablaşdırılmada 14 manat 79 qəpiyə təklif olunur. “Shuchinski Belarus” kərə yağları isə 5 və 10 kiloqramlıq qablaşdırılmalarda olur ki, bu qablaşdırmalar üzərində də istehsalçı, tərkib, saxlanma şəraiti və müddəti barəsində iştehlakçıya geniş məlumatlar verilir. Marketlərdə isə bu qablaşdırılmalar açılaraq qramlar şəklində paketlənərək müştərilərə təklif olunur. Qeyd edək ki, hər iki markada istehsalçı barədə - ünvan, istehsal müəssisəsi, əlaqə nömrələri, rəsmi internet səhifəsi – məlumatlar qeyd olunub. Bundan başqa “Milk World” 1 kiloqramlıq kərə yağları ölkəmizdə qablaşdırılır və qablaşdıran şirkət barədə də məlumatlar məhsulların üzərində qeyd olunmuşdur.
İstehlakçılara bildirmək istəyirik ki, bəzi işbazlar Belarusiya kərə yağlarının keyfiyyətli olması və bu yağlara alıcılar arasındakı müsbət rəydən istifadə edərək digər qarışıq yağları təmiz kərə yağı adı altında istehlakçılara təqdim edir. Alıcılardan bu məsələdə həssas və daha diqqətli olmalarını tövsiyyə edirik.
Veysəloğlu MMC tərəfindən idxal olunan bütün qida və qeyri qida məhsulları Keyfiyyətə nəzarət departamentinin Mərkəzi Laboratoriyasında, həmçinin yerli və xarici ölkələrin akkreditasiya olunmuş laboratoriyalarında orqanoleptik, keyfiyyət, qida təhlükəsizliyi, markalanma, qablaşdırmanın bütövlüyü, daşınma və qəbul zamanı temperatur göstəriciləri və digər kriteriyalar üzrə standartın tələblərinə uyğun şəkildə yoxlanılır. Standartlara cavab verməyən və istehlakçı üçün təhlükəli sayılan məhsulların tədarükü dərhal dayandırılır və məhsul geri göndərilir.
Veysəloğlu Şirkəti olaraq hər zaman insanların sağlam qida ilə təmin olunmasını diqqətdə saxlayır, idxalını həyata keçirdiyimiz məhsulların, o cümlədən kərə yağı məhsullarının keyfiyyətinə tam zəmanət veririk.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt- Astara yolu istifadəyə verildi
18.09.2018
Daxili İşlər Nazirliyi vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
18.09.2018
Biləsuvarda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
18.09.2018
“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018
Biləsuvarda Gənclər Evi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info