“Avropa İrana qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır”
Tarix: 24.05.2018 | Saat: 05:15:00 | E-mail | Çapa göndər


“İslam İnqilabının əvvəlindən bu günə kimi ABŞ İslam Respublikasına zərbə vurmaq üçün müxtəlif düşmənçilik edib”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei bu gün İranın rəhbər şəxsləri və dövlət işçiləri ilə görüşdə deyib.
“Bu düşmənçilik siyasi, iqtisadi, hərbi və təbliğat xarakterli olub. Bu işlərin hamısının məqsədi çevriliş olub. Bu yeni bir şey deyil. İran İslam Respublikası 40 il bundan öncəki illərlə müqayisədə çox geniş potensiala malikdir və öz hərəkətini davam etdirir. Onların bütün planları uğursuz olub. Bizim düşmənin məğlub olacağına heç şübhəmiz yoxdur”, deyə Ayətullah Xamenei qeyd edib.
Ayətullah Xamenei nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün bir neçə şərt irəli sürüb: “Üç Avropa ölkəsi 2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi. Bu gün onlar boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər. Ötən iki il ərzində ABŞ dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir. ABŞ 2231 nömrəli qətnaməni pozub. Avropa ABŞ-ın bu qanunsuzluğuna qarşı bir qətnamə qəbul etməlidir. Avropa öhdəlik götürməlidir ki, İslam Respublikasının regiondakı fəaliyyətlərini və raket məsələsini gündəmə gətirməyəcək. Avropa İslam Respublikasına qarşı hər növ sanksiyaya qarşı çıxmalıdır və ABŞ-ın sanksiyası qarşısında açıq aşkar durmalıdır. Avropa İranın neft satışına zəmanət verməlidir. Avropa bankları İslam Respublikası ilə ticarətə zəmanət verməlidirlər”
Ayətullah Xamenei həmçinin qeyd edib ki, avropalılar bizim bu istəklərimiz qarşısında səhlənkarlıq etsələr İran nüvə fəaliyyətlərini başlamaq hüququnu özündə saxlayır: “Hərtərəfli Birgə Fəaliyyət Planının işləmədiyini görsək, dondurulmuş fəaliyyətlərin yenidən bərpası çıxış yollarından biridir”.
Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info