Avropa İttifaqı 2019-cu ildə Türkiyəyə əlavə 1,5 milyard yardım ayıracaq
Tarix: 24.05.2018 | Saat: 11:41:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün 2019-cu ildə Türkiyəyə əlavə 1,5 milyard avro ayıracaq. AZƏRTAC xəbər verir ki, mayın 23-də Avropa Komissiyası tərəfindən açıqlanmış Aİ-nin büdcə layihəsində belə deyilir.
Avropa Komissiyası xatırladıb ki, miqrasiya böhranına qarşı mübarizə aparmaq üçün bu ilin büdcəsi çərçivəsində Ankaraya daha əvvəl vəd olunduğu kimi, 500 milyon avro təqdim ediləcək.
Xatırladaq ki, Brüssel və Ankara 2016-cı il martın 17-18-də Aİ-Türkiyə sammitində miqrasiya axınının azaldılması üzrə tədbirləri nəzərdə tutan saziş imzalayıblar. O vaxt Avropa İttifaqı Türkiyəyə 6 milyard dollar ayırmağı, Aİ ilə Türkiyə arasında vizasız rejim tətbiq olunmasını, habelə Ankaranın ittifaqa üzv qəbul edilməsi üzrə danışıqları irəlilətməyi öhdəsinə götürmüşdü. Bunun müqabilində Yunanıstan adalarına Türkiyə ərazisindən gələn qeyri-qanuni miqrantlar geriyə - Türkiyəyə qaytarılacaq. Aİ isə Türkiyənin miqrasiya xidməti tərəfindən yoxlanılmış, leqal status almış və müvafiq sənədlər paketi olan qaçqınları birbaşa bu ölkənin ərazisindən qəbul etməlidir.
O vaxtdan Brüssel Türkiyəyə yalnız 3 milyard avro ayırıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.06.2018
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək oldu
21.06.2018
Gecəgörmə xüsusiyyətinə malik fotoelektron çip hazırlanıb
21.06.2018
Ev heyvanlarına aid qacetlərdən istifadə nəyə səbəb ola bilər
21.06.2018
Sosial xidmət müəssisələrindən 12 uşaq yenidən doğma ailələrinə qayıdıb
21.06.2018
ƏMDK qanunsuz süni balıq göllərini araşdırır

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9435

1 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
2 Futbol üzrə Dünya Çempionatı başladı
3 Regional geosiyasi vəziyyət müzakirə edilib
4 Putin Paşinyanı alçaldıb
5 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info