“Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır“
Tarix: 24.05.2018 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


"Azərbaycan qanunvericiliyinə əsasən ölkəmizdə din sahəsində yalnız rəsmi təyinatı olan şəxslər fəaliyyət göstərə bilər. Bu, tək islama deyil, yəhudilik, xristianlıq  və digər dini icmalara da aiddir".
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
 
M. Qurbanlı deyib ki, əgər kimsə rəsmi təyinat olmadan fəaliyyət göstərirsə, İnzibati Xətalar və Cinayət məcəllələrində bununla bağlı maddələr var: "Bizim Komitənin də bu cür şəxsləri aşkara çıxarmaq, protokollar tərtib etmək, cərimələmək səlahiyyəti var. Qeyri-qanuni şəkildə dini ayinləri icra etmək qəti qadağandır".
 
Komitə sədri qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri də qeyri-qanuni fəaliyyət göstərən din xadimlərinin  fəaliyyətinin yolverilməz olduğunu vurğulayıb: "Bu cür şəxslər bəzən insanları aldadaraq qeyri-qanuni kəbin kəsməklə məşğul olur. Kimsə dini kəbin kəsdirmək istəyirsə, yalnız rəsmi şəkildə fəaliyyət göstərən hər hansı din xadiminə kəbin kəsdirə bilər. Kəbin də o zaman kəsilə bilər ki, evlənən insanlar həddi-buluğa çatmış olsun və onların vətəndaşlıq aktlarının qeydiyyatı ilə bağlı rəsmi nikah sənədi olsun. Əgər həmin rəsmi nikah sənədini məsciddə, yaxud hər hansı dini məkanda çalışan din xadiminə təqdim etmirsə, bu halda dini kəbin kəsilməsi yolverilməzdir. Qafqaz Müsəlmanları İdarəsinin də bu sahədə qəti tələbi var. Biz müsəlmanıq, rəsmi nikahdan sonra hər hansı din xadiminin yanına gedərək dini kəbin kəsdirmək istəyən varsa, bu insanların öz hüquqlarıdır. Amma dini kəbin yalnız rəsmi nikah sənədi təqdim olunduğu halda rəsmi təyin edilən din xadimi tərəfindən kəsilə bilər. Rəsmi təyin olunmayan şəxslər bu cür fəaliyyətlə məşğul olur və bu da çox böyük problemlər yaradır. Bəzən azyaşlılara kəbin kəsirlər. Bu, cinayətdir və bəziləri cinayət məsuliyyətinə cəlb edilib".
 
M. Qurbanlı hətta yas mərasimlərini rəsmi fəaliyyət göstərməyən şəxsin aparmasının da yolverilməz olduğunu vurğulayıb: "Bu ara mollalara bəzən insanları aldadıb guya “Quran”la fala baxırlar. “Quran” açıb fala baxanlar elə “Quran”ın özünə qarış getmiş olur. Çünki “Quran”da falçılıq lənətlənir".
Tural




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
Yüksək bal toplayan metropolitençi övladları ilə görüş keçirilib
19.10.2018
265 nəfər müharibə əlilinə minik avtomobili verilib
19.10.2018
Bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10290

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


21.10 17:00
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info