Türkiyədə Azərbaycan günü keçirilib
Tarix: 24.05.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə İstanbul şəhəri, Başakşəhər rayonu Milli Eğitim (Təhsil) Müdirliyinin “Könül Körpüsü” layihəsi çərçivəsində Başakşəhər Miktat Ağaoğlu Məslək və Texnik Anadolu Lisəsində Azərbaycan günü keçirilmişdir. Türkiyədə yaşayan azərbaycanlı yazar Könül Ordubadi və Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri yazıcı-dramaturq, tədqiqatçı Aygün Həsənoğlu tədbirdə iştirak etmişlər. Tədbirdən əvvəl məktəb şagirdlərinin əl işlərindən hazırlanmış Azərbaycan sərgisinə baxış keçirilmişdir. Tədbir, Türkiyə və Azərbaycan himnləri ilə başlamışdır. Sonra lisənin müdiri Yılmaz Kaptan tədbiri açmış, layihə barədə məlumat verərək Azərbaycan xalqını təbrik etmiş, Türkiyə-Azərbaycan qardaşlığından, lisənin uğurlarından danışmışdır. Sonra şagirdlər və müəllimlər çıxış etmişlər. Tədqiqatçı Aygün Həsənoğlu tədbirin təşkili üçün məktəb müdiriyyətinə təşəkkür etmiş, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məruzə etmişdir. Şair Könül Ordubadi da çıxış etmiş, Azərbaycana və Türkiyə-Azərbaycan qardaşlığına həsr etdiyi şeirlərini oxumuşdur. Çıxışlardan sonra ədəbi hissə başlamışdır. Lisənin şagirdləri Azərbaycan və Türkiyədə sevilən “Ayrılıq”, “Sarı gəlin” və digər mahnıları oxumuş, şeirlər söyləmişlər. Tədbirin sonunda məktəbin dizayn bölməsinin şagirdləri tərəfindən hazırlanmış geyimlər nümayiş etdirilmiş və alqışlarla qarşılanmışdır. Tədbirdə, Azərbaycandakı məktəblərdən biri ilə “Qardaş məktəb” layihəsinə başlamaq qərara alınmış, bu tədbirin Azərbaycan-Türkiyə qardaşlığı üçün atılmış gözəl bir addım olduğu qeyd edilmiş və davamının zəruri olduğu vurğulanmışdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info