Bakıda “Moda məkanı” sərgisi açılacaq
Tarix: 24.05.2018 | Saat: 12:22:00 | E-mail | Çapa göndər


İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında “Moda məkanı” adlı sərgi açılacaq.
Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgi təbiət və dəbin vəhdətini əks etdirir. Bu vəhdətdən irəli gələrək sərgi zalının ümumi tərtibatında da təbiət elementləri ilə zəngin dekorasiya və musiqi fonuna üstünlük verilib.
Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunacaq.
Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim ediləcək.
Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunacaq.
Sərgidəki yeni yanaşma və mövzunun orijinallığı moda və tarix həvəskarlarının, eləcə də paytaxt qonaqlarının böyük marağına səbəb olacaq.
Sərgi dekabrın 2-dək davam edəcək.
Xatırladaq ki, bu, Aleksey Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən “Modernizm və moda” sərgisində 1960-cı illərə aid geyim və aksesuarlar nümayiş olunmuşdu.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.06.2018
Bakıda Yoqa festivalına start verib
24.06.2018
Xaçmazda Qara Qarayevin 100 illik yubileyi konsert proqramı ilə qeyd olunub
24.06.2018
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək
23.06.2018
İran Milli Orkestri ilk dəfə olaraq Bakıda çıxış edəcək
22.06.2018
Milli irsimizin yorulmaz tədqiqatçısı

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9455

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info