AXC dönəmində yaşamış əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” filmində
Tarix: 24.05.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyəti milli təfəkkürün dövlət təntənəsi, Azərbaycan coğrafiyasının vahid huquqi ərazidə bir sınır olaraq yaradılması idi. Düz 100 il əvvəl Azərbaycan bu günü yaşayaraq Azərbaycan Demokratik Respublikasını qurub, ümumi bayraq altında öz Cümhuriyyətini elan etdi.
Məhz bu unudulmaz və qürurverici məqamı əbədiləşdirmək məqsədilə, "Veysəloğlu Şirkətlər Qrupu" özünün təşəbbüskarlığı və "Cinealliance" Kinoşirkətinin yaradıcı komandası ilə "Cümhuriyyətin 9 şəkli" filmini ərsəyə gətirməyi qərara alır.
Baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər keçəndən sonra belə ailəsində yaşanan ideoloji mühitin yaradılmasındandır.
Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.
Vizual mətnin əsas mesajı iki illik möhtəşəm tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsidir. Bugünkü tamaşaçıya bəsit dəlillərlə və çox sadə bir dildə tarixin çatdırılmasıdır. O, möhtəşəm iki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poct teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xüsusi olaraq filmdə vurğulanır.
Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanamsı Azərbaycan kinosu üçün yeni bir sintez mədəniyyət formalaşdırır.
Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil öz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji mühitdə böyüyür.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülən işlər müzakirə edilib
18.12.2018
AQTA media nümayəndələri üçün təlimə start verib
18.12.2018
“İnsanlar təhlükəsizlik qaydalarına riayət etməyə ciddi yanaşmırlar”
18.12.2018
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün növbəti seminar-təlim təşkil etdi
18.12.2018
Əli Əhmədov: “Azərbaycan sürətlə inkişaf edən Çinlə əlaqələrə xüsusi önəm verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info