İştirakçılara qan xəstəlikləri və qan donorluğu ilə bağlı məlumat verilib
Tarix: 24.05.2018 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Hazırda Azərbaycan cəmiyyəti üçün maarifləndirmə tədbirlərinin aparılması son dərəcədə vacibdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, cəmiyyət üçün bir çox ağrılı problemlərin həlli cəmiyyətin maarifləndirilməsi nəticəsində mümkün olub. “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyi də fəaliyyətə başladığı dövrdən insanların maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir. Təşkilatın hazırda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi  “Qan xəstəlikləri və qan donorluğu ilə bağlı ictimai maarifləndirmənin keçirilməsi”  layihəsinin icrasında məqsəd gənclərin qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğu ilə bağlı maarifləndirilməsi ilə dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməkdir. Layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Ağdaş rayonunda təşkil olunub. Ağdaş Dövlət Humanitar Kollecində keçirilən tədbirdə 118 nəfər müəllim və tələbə iştirak edib. Tədbiri giriş sözü ilə açan Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev qan xəstəlikləri ilə bağlı cəmiyyətin maarifləndirilməsinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən “Leykozlu Uşaqlara Dəstək” ictimai birliyinin layihə rəhbəri Emin Nəbili həyata keçirilən layihə ilə bağlı iştirakçılara məlumat verib: “Layihənin məqsədi gənclərin qan xəstəlikləri, xəstəliyin qarşısının alınması yolları, qan donorluğu ilə bağlı maarifləndirilməsi ilə dövlətin bu istiqamətdə gördüyü işlərə ictimai dəstək verməkdir. Layihə Bakı şəhərində, Mingəçevir, Ağdaş və Qəbələ rayonlarının ərazisində yerləşən ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələr arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutur. Sizlərə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutun kiçik elmi işçisi, həkim –hematoloq İradə Kərimova qan xəstəlikləri, qan donorluğu, donorluğun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı məlumat verəcək. Həmçinin, respublikamızda qan xəstəliklərinin qarşısının alınması istiqamətində görülən işlər, əldə olunan nəticələr, qan xəstəliklərindən müalicə imkanları, qan donorluğunun mövcud vəziyyəti, qan donorluğunun əhəmiyyəti, qan donorlarının bilməli olduğu vacib məsələlərlə bağlı bilgi əldə edə biləcəksiniz. Bu istiqamətdə sizi maraqlandıran suallar da ekspert tərəfindən cavablandırılacaq”.
Qan donorluğu ilə bağlı rəsmi statistikanı nəzərə çatdıran Emin Nəbili bildirib ki, donorların içərisində əsas qan verənlər qohum donorlardır: “Qan verən şəxslərə baxdıqda isə onların əksəriyyətinin yaşı 30-dan artıq olur. 30 yaşdan aşağı insanların qan verməsi faktları çox azdır. Ali məktəblərdə təbliğat zəif olduğundan universitetlərin bir neçəsi istisna olmaqla əksəriyyətində qanvermə aksiyaları keçirilmir.

Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutun kiçik elmi işçisi, həkim –hematoloq İradə Kərimova qan xəstəlikləri ilə bağlı tələbələrə məlumat verib: “Müasir dövrümüzdə daha çox rast gəlinən qan xəstəliklərindən biri anemiya və ya qanazlığıdır.Anemiya və ya qanazlığı vahid həcm qanda eritrositlərin və hemoqlobinin azalmasıdır. Qanazlığı-anemiya ilə müşayiət olunan dəmir çatışmazlığına daha çox uşaqlarda və reproduktiv yaşlı qadınlarda rast gəlinir. Belə ki hamilə qadınların ölüm hallarının 20 faizi məhz bu səbəbdən baş verir. Hazırda inkişaf etmiş ölkələrdə yeni doğulan körpələrin ölümü 75-85 faiz hallarda erkən neonatal dövrdə baş verir ki, bunun səbəblərindən biri məhz anemiyadır. Hesablamalara görə, hər 2 hamilə qadından birində, hər 10 məktəblidən 4-də qan azlığı var. Dəmir qanda oksigen daşıyan hemoqlobin molekulunun istehsal edilməsi üçün lazım olmaqla yanaşı, həm də insanın immun sistemi və zehni inkişafı üçün də vacibdir. Gün ərzində qəbul edilən qidaların tərkibində dəmirin az olması, ya da qadınlarda çox, ya da nizamsız menstruasiya  ilə əlaqədar olaraq orqanizmdə dəmir mineralı azalır. Xüsusilə, yeniyetmə çağında olan və gənc qadınlar dəmir çatışmazlığından əziyyət çəkməmək üçün yaxşı qidalanmalıdır.”

Qan donorluğu ilə bağlı məlumat verən İ.Kərimova bildirib ki, 18 yaşı tamam olan, çəkisi 50 kiloqramdan yuxarı praktik sağlam hər bir vətəndaş qan verə bilər: “Qan donoru olarkən ilk öncə Hepatit, HİV virusu, Siflis mikrobu kimi xəstəliklərə görə tibbi müayinələr aparılır, qan qrupu, hemoqlobinin faizi dəqiqləşdirilir. Ümumi qan donoru 12 həftədən bir təkrar qan verə bilər”.
Sonda tədbir tələbələri maraqlandıran suallara cavab verilməsi ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 541,1 manat olub
17.08.2018
Respublika Komissiyası: Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək
17.08.2018
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info