Sona Vəliyeva: “Vaxtilə əsərləri ilə özünü tanıdan Rüstəm İbrahimbəyov bu gün özünə nifrət qazandırır”
Tarix: 24.05.2018 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


"Təəssüf edirəm ki, bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır". Bunu "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimində Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyü" filminin çəkilməsinə münasibət bildirərkən deyib.
S.Vəliyeva R.İbrahimbəyovun bu əməlini xəyanət adlandırıb: "Bu dövlət bizimdirsə, ona əl qaldıranlara qarşı əlimizi qaldırmalıyıq. Bu xəyanətdir, buna başqa ad vermək olmaz. Dövlət mükafatı almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə insanları lənətləməliyik. Biz bəlkə Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, o cəsarətləndi. Amma buna da cəsarət deyil, xəyanət demək olar. Bu dövlət Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu əmanət və yadigardır. Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Biz xəyanətlərə qarşı səsimizi qaldırıb mübarizə aparmalıyıq. Xəyanətə heç nə ilə haqq qazandırmaq mümkün deyil".

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Misir mətbuatı Azərbaycanın Fələstin xalqına yardım etməsindən yazır
21.10.2018
Türkiyənin Kayseri şəhərində Xocalı parkının və Xocalı şəhidləri abidəsinin açılışı olub
21.10.2018
Kayseridə Heydər Əliyev adına tələbə yataqxanası istifadəyə verilib
20.10.2018
Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Barselonada qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10296

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info