“Xalqına xəyanət edəni nə cəmiyyət, nə də tarix əfv edir”
Tarix: 24.05.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


"Xalqına xəyanət edəni nə cəmiyyət, nə də tarix əfv edir. Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmini çəkməklə xalqına xəyanət, dövlətinə və millətinə qarşı düşmənçilik etdi. Ancaq məsələ təkcə bunda deyil. Onun ssenari müəllifi olduğu film uzun müddət işğalçı Ermənistanın ideoloqlarının əlində Azərbaycana qarşı "yumşaq silah" olacaq".
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, əslində bu film elə erməni xislətinə uyğun çəkilib: "Çünki öz etdiyi vəhşilikləri başqasının adına yazmaq siyasəti erməni əxlaqsızlığının ənənəsidir. Azərbaycan xalqına qarşı ən qəddar, faşizm hərəkətlərini ermənilər edib, Xocalı soyqırımını, Malıbəyli faciəsini ermənilər törədib, beş yaşlı uşağın dərisini Zori Balayanlar soyub. Bu filmlə İbrahimbəyov özünü erməni faşistləri ilə bir sıraya qoydu. Çünki onların xalqımıza qarşı etdiyi cinayətləri guya bizim onlara qarşı etdiyimiz kimi göstərdi. Bu, namərdlik və əxlaqsızlıqdır. Filmdə Dağlıq Qarabağ münaqişəsinin səbəbi kimi azərbaycanlıların ermənilərə qarşı olan nifrəti göstərilir, azərbaycanlıların qorxaq, riyakar obrazı yaradılır, hətta öz övladının ölüm xəbərini öyrənmək üçün Azərbaycana gələn erməni qoca döyülür və bununla da azərbaycanlıların nə qədər qəddar, mənəviyyatsız və antihumanist olduğu diqqətə çatdırılır".
Deputat vurğulayıb ki, ermənilər tərəfindən son 100 ildən artıq bir vaxtda soyqırıma, xəyanətə, hər cür vəhşiliyə məruz qalan, lakin bununla belə heç bir vaxt silahsız insanlara atəş açmayan, daima öz tarixi humanizm ənənələrinə sadiq qalan bir xalqı bu cür təsvir etmək düşmənçilik və xəyanətdir:
"Azərbaycan xalqı heç vaxt bunu unutmayacaq. İbrahimbəyov ermənilərə xidmət edən, erməni işğalına bəraət qazandıran bu filmin ssenarisini yazmaqla Əkrəm Əylislini və onun iftira dolu "Daş yuxuları"nı da kölgədə qoydu. Millətinə xəyanətdə ondan da bir addım qabağa getdi. Əylisli Azərbaycan cəmiyyətinin bir qismini hədəf alaraq təhqir edirdisə, İbarhimbəyov bütövlükdə Azərbaycan xalqını, onun dəyərlərini hədəfə çevirir. Hələ, üstəlik, bu mənəviyyat və bu əxlaqla siyasətçi olmağa cəsarət edir. Ermənipərəst mərkəzlərin yaratdığı "Milli Şura" layihəsində yer alır. Bu uydurma qurumdan prezidentliyə namizəd olaraq irəli sürülür. İndi həmin "Milli Şura"nın həmsədrləri olan Cəmil Həsənlilər, Əli Kərimlilər, görəsən, niyə İbrahimbəyovu qınamırlar? Axı söhbət Azərbaycan xalqını təhqir etməkdən, onu gözdən salmaqdan gedir. Həqiqi siyasətçi və həqiqi Milli Şura bunu qəbul etməməlidir. Ancaq bəllidir ki, Həsənlilər və Kərimlilər də İbrahimbəyovlar kimi eyni erməni ağalarından tapşırıq alırlar və əsla belə xəyanətləri qınaya bilməzlər. Lakin Azərbaycan xalqı belə xəyanətləri çox görüb, buna baxmayaraq, öz Prezidentinin ətrafında sıx birləşərək neçə-neçə xəyanətin öhdəsindən gəlməyi bacarıb, 2016-cı ilin aprel hadisələrində ən yeni hərbi-siyasi tariximizin şanlı səhifəsini yazıb. Erməni işğalçılarını narahat edən də, İbrahimbəyovları, Əylisliləri, Kərimliləri özündən çıxaran da elə budur. Ancaq xalqımız kimin kim olduğunu bilir və bu filmi cəkənlər bir daha özlərinin kim olduğunu açıq-aydın göstərdilər".
H.Babaoğlu əlavə edib ki, Azərbaycan heç nəyə baxmayaraq onsuz da öz ərazi bütövlüyünü bərpa edəcək: "Millətimizə, dövlətimizə xəyanət edənləri isə hec vaxt bağışlamayacağıq".




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info