“Dağlıq Qarabağ münaqişəsi başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi özünü açıq-aşkar göstərirdi”
Tarix: 25.05.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Ermənilər daimi olaraq Dağlıq Qarabağ məsələsinə münasibətdə qərəzli mövqe tuturlar. Beynəlxalq aləmi də, bu baxımdan, aldatmağa çalışırlar. Təəssüf ki, bəzən bu mənfur işdə onlara elə özümüzünkülər yardımçı olurlar. Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi də, bu baxımdan, çaşdırıcı xarakter daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib ki, bu filmin ssenarisi R.İbrahimbəyov tərəfindən Azərbaycan əleyhinə məqsədyönlü və qərəzli şəkildə yazılıb: “Bu filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğu, qərəzli və yalan məlumatların yer aldığı açıq-aydın görünür. Çünki milli hislərini, milli mənsubiyyətini, milli dəyərlərini, ermənilərin pulu ilə satın alınmış vicdanını, insani keyfiyyətlərini itirən, Azərbaycan xalqını daim aşağılamağa çalışan Rüstəm İbrahimbəyov kimi "məşhur ssenarist"in Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması yəqin ki, heç yadına da düşmür”.
O qeyd edib ki, 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi İttifaq mətbuatının səhifələrində geniş şərh olunsa da, informasiya blokadası Azərbaycanın mövqeyini görünməyə qoymur, mərkəzin təbliğat maşını hadisələri birtərəfli işıqlandırırdı: “Münaqişə başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi (kütləvi informasiya vasitələri və mərkəzi mətbuatın ermənipərəst çıxışları) özünü açıq-aşkar göstərirdi. Ermənilərin mərkəzi mətbuat vasitəsilə Azərbaycana qarşı apardıqları yalan və böhtan kampaniyası münaqişənin gedişində də öz təsirini göstərirdi. Erməni lobbisinin təsiri altında olan mərkəzi mətbuatdakı yazıların bir çoxunda belə bir fikir var idi ki, Dağlıq Qarabağ barədə ərazi iddialarının həllində ermənilərin marağı nəzərə alınmalıdır. Bu işdə ermənilərin siyasi mənafelərini təmsil edən bir sıra rəsmi və qeyri-rəsmi xadimlər, xüsusilə canfəşanlıq göstərirdilər. O dövrdə erməni lobbisinin təsiri altına düşənlərin istər SSRİ məkanında, istərsə də xarici ölkələrdə erməniləri müdafiə məqsədilə etdiyi çıxışlar onu göstərirdi ki, onlar bu məsələdə tamamilə məlumatsız (?) idi və yalnız ermənilər tərəfindən əldə etdikləri saxta materiallara əsaslanırdılar. Mərkəzin himayədarlığı ilə Azərbaycana qarşı ərazi iddialarını və təcavüzünü davam etdirən ermənilər SSRİ-nin süqutu ərəfəsində məsələni beynəlxalq səviyyəyə çıxarmağa səy göstərirdilər. Erməni emissarları dünyanın müxtəlif ölkələrinə səfərlər edərək öz iddialarını həyata keçirmək üçün problemi beynəlxalq səviyyəyə qaldırmağa çalışırdılar.
Bu gün də bu proses davam edir. Amma başqa formada. Ermənilərin tarixi və etnik problemləri ilə məşğul olmayan Rüstəm İbrahimbəyov və onun kimi sapı özümüzdən olan baltalar erməni lobbisinin təsiri ilə birdən-birə parlamaq istəyirlər. R.İbrahimbəyov bədnam filmdə “əziyyət çəkmiş” ermənilərin halına acıyaraq onların daimi təəssübkeşlərindən birinə çevrilib. R.İbrahimbəyov və onun kimilər Dağlıq Qarabağ məsələsinə münasibətdə antiazərbaycan mövqe tutaraq, hadisələrə birtərəfli, qərəzli mövqedən yanaşırlar”.


“1988-1994-cü illərdə Ermənistan ordusu tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar var”
Elçin Əhmədov deyir ki, filmdə Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlılar”ın “dinc ermənilər”ə qarşı qəddarlığını göstərməkdir: “Bununla yanaşı, filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyü təsvir olunur.
Həqiqət isə tam əksinədir. 1988-1994-cü illər ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanda uşaqların qətlə yetirilməsi ilə bağlı kifayət qədər faktlar var. 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 57-si qadın, 23-ü uşaqdır. Ancaq şahidlərin sözlərinə görə, öldürülən uşaqların sayının daha çox olması haqqında faktlar da var. Yəqin "məşhur ssenarist" bunu da bilməmiş olmaz. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edib, borunu hündür uçurumdan dərəyə ataraq uşaqları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 5-12 yaşlarında 70-ə yaxın uşağı yenə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər tərəfindən açılıb”.


"Məşhur ssenarist"ə xatırlatmaq lazımdır ki, Xocalıda vəhşicəsinə öldürülən 613 nəfərdən 63-ü uşaq idi”
Onun fikrincə, insani keyfiyyətlərini itirən "məşhur ssenarist"ə xatırlatmaq lazımdır ki, Xocalıda vəhşicəsinə öldürülən 613 nəfərdən 63-ü uşaq idi: “Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır. Heç şübhəsiz ki, Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaradır. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir. Heç də istisna deyil ki, bu filmin maliyyə mənbəyi yaxşı araşdırılarsa, bir başa və ya dolayısı ilə ermənilərlə bağlı olduğu üzə çıxar. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmanın, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir”.
O bildirib ki, Ermənistan silahlı qüvvələrinin və erməni terror təşkilatlarının azərbaycanlı əhaliyə qarşı Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığı hadisədən az sonra dünyanın ən nüfuzlu mətbuat orqanlarının səhifələrində də öz əksini tapıb: “Erməni lobbisinin geniş fəaliyyət göstərdiyi Fransada nəşr olunan “Valer aktuel” jurnalı 1992-ci il 14 mart tarixli sayında ermənilərin ən müasir texnikası və muzdlu dəstələri haqqında məlumat verərək yazırdı: “Bu “muxtar regionda” erməni hərbi birləşmələri Yaxın Şərqdən gələnlərlə birlikdə ən müasir hərbi texnikaya, o cümlədən vertol-yotlara malikdirlər. ASALA-nın Livanda və Suriyada hərbi düşərgələri və silah-sursat anbarları var. Ermənilər Qarabağ azərbaycanlılarını məhv etmiş, 100-dən çox müsəlman kəndində qırğın törətmişlər”. Xarici mətbuatda, elə Rusiya mətbuatında da kifayət qədər belə danılmaz faktlar var. Mənəviyyatdan və insaniyyətdən uzaq müəllif ciddi cəhdlə göstərməyə çalışır ki, münaqişənin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Bu film Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdidir”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10288

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info