BƏƏ prezidenti Azərbaycan prezidentini təbrik edib
Tarix: 25.05.2018 | Saat: 06:03:00 | E-mail | Çapa göndər



Birləşmiş Ərəb Əmirlikləri dövlətinin prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır və Birləşmiş Ərəb Əmirlikləri xalqının bu münasibətlə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən rica edirəm.
Əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına xeyir və xoşbəxtlik arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı izhar edirəm”.
BƏƏ-nin Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Al Nahyandın prezident İlham Əliyevə göndərdiyi məktubda deyilir:
“Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm”.
BƏƏ-nin vitse-prezidenti, baş naziri, Dubayın hakimi Məhəmməd bin Raşid Al Məktum da Azərbaycan prezidentinə məktub göndərib.
“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizin müdrik rəhbərliyiniz altında dost və qardaş xalqınıza davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, Sizə böyük hörmət və ehtiramımı ifadə edirəm”, - deyə məktubda bildirilir.




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti İsraildədir
17.12.2018
Müxalifətin təfəkkür tərzi niyə dəyişmir?
17.12.2018
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17.12.2018
“Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir”
17.12.2018
“10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info