Uşaqlarda rast gəlinən təzyiqin əsas səbəbi
Tarix: 25.05.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Pediatriyada yüksək təzyiq və onun ürək-damar sisteminə təsiri yetkin yaşa çatmış yeniyetmələrdə geniş öyrənildiyi halda, kiçikyaşlı uşaqlarda həmin problemə çox az əhəmiyyət verilir. Ona görə də erkən yaşlı xəstələrin rutin müayinəsində arterial təzyiqin ölçülməsi aparılmır.
Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Mədinə Hacıyeva universitetin mətbuat xidmətinə verdiyi müsahibədə deyib.
Həkim bildirib ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər: "Təcrübədən məlumdur ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər. Bunun hansısa ciddi bir xəstəliyin əlaməti ola biləcəyi üçün erkən diaqnostika vacibdir. Həm müalicə oluna biləcək təzyiq xəstəliyinin gecikmədən aşkara çıxarılması, həm də ona qarşı erkən yaşlarda tədbir görülə bilməsi üçün kiçikyaşlı uşaqlarda qan təzyiqinin ölçülməsi rutin fiziki müayinənin bir parçası olmalıdır".
Pediatrın dediyinə görə, arterial təzyiqin fizioloji dəyişikliklərinə hərəkət, bədənin vəziyyəti, xəstənin yaşı, günün saatları təsir edə bilər: "Ürək-damar sistemi, hormonlar, böyrəklər, qanın həcmi və s. təzyiqin normal saxlanılmasında rol oynadığı üçün bunların hansısa birində olan pozğunluq hipertenziyaya yol aça bilər. Uşaqlarda rast gəlinən təzyiqin 80 faizi böyrək patologiyaları, 20 faizi isə digər sistem xəstəlikləri ilə əlaqəlidir.
Uşaqlarda təzyiqin əlamətləri çox dəyişkən olur ki, bu da adətən xəstənin yaşından asılıdır. Məsələn, südəmər uşaqlarda anadangəlmə ürək çatmazlığı, tənəffüs sıxıntısı, böyümə və inkişaf geriliyi, qusma, çoxlu su içmə, tez-tez sidiyə getmə, görmə pozğunluqları, yorğunluq, burun qanaxmaları və üz iflici kimi simptomlar daha çox rast gəlinir".
Həkimin dediyinə görə, xəstəliyə xas digər əlamətlər də aşkar oluna bilər. Məsələn, aorta koarktasiyasında yuxarı və aşağı ətraflarda qan təzyiqinin fərqliliyi, bud arteriyasında nəbzin alınmaması, neyroblastomada qarında şişkinlik olması da təzyiqin yaranma səbəblərindəndir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info