Vilnüsdə rəsmi qəbul və konsert təşkil olunub
Tarix: 25.05.2018 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycanın Litvadakı səfirliyi Vilnüsdə rəsmi qəbul və konsert proqramı təşkil edib. Tədbirdə Litva Seyminin rəhbərliyi və millət vəkilləri, hökumətin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, məşhur mədəniyyət xadimləri, iş adamları, dövlət qurumlarının və ictimai təşkilatların rəhbərləri, soydaşlarımız iştirak ediblər.
Azərbaycanın və Litvanın dövlət himnləri səsləndikdən sonra müvəqqəti işlər vəkili Atəş Qırxıyev çıxış edərək Şərqdə ilk demokratik parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda böyük coşqu ilə qeyd olunduğunu söyləyib, Cümhuriyyət haqqında məlumat verib. Diplomatik nümayəndəliyimizin rəhbəri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi iki il yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyinə qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindən biri olmuşdur.
Diplomat qeyd edib ki, 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşub. Həmin vaxt Azərbaycan xalqı ən çətin dövrünü yaşayırdı. O illərdə Azərbaycan xalqı üçün müstəqilliyini qorumaq onu əldə etməkdən daha çətin idi. Sanki tarix təkrarlanırdı. Azərbaycan xalqı dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdaraq, nəinki bu təhlükəni sovuşdurdu, hətta güclü, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün zəmin yaratdı. Bu gün Azərbaycan bu möhkəm təməl əsasında uğurla inkişaf edir, beynəlxalq əlaqələrini genişləndirir və bütün dünyada etibarlı tərəfdaş kimi tanınır.
Diplomat Azərbaycan-Litva münasibətlərindən də ətraflı bəhs edib.
Sonra konsert proqramı təqdim olunub.
Tədbir iştirakçıları ölkəmizə həsr edilmiş fotosərgi ilə tanış olublar. Qonaqlara Azərbaycan mətbəxinin təamları, şirniyyatlarımız təqdim edilib.


AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Ələt- Astara yolu istifadəyə verildi
18.09.2018
Daxili İşlər Nazirliyi vakant həkim vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
18.09.2018
Biləsuvarda 48 mənzilli yaşayış binasının tikintisinə 3 milyon manat ayrıldı
18.09.2018
“Hərkəs üçün eyni ölçü“ alış-veriş təcrübəsi artıq sizin işinizi irəli apara bilməyəcək
18.09.2018
Biləsuvarda Gənclər Evi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info