Elşad Qocanın növbəti kitabı çap olunub
Tarix: 25.05.2018 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


İsayev Elşad Qoca oğlu 02 may 1959-cu ildə ziyalı ailəsində dünyaya gəlib. Elşad Qoca bir vaxt maraqlı uşaq nağılları və hekayələr yazmış, dünyanın tanınmış uşaq yazıçılarının əsərlərini azyaşlı oxucular üçün dilimizə çevirmişdir. Elşad Qoca son zamanlar daha ciddi mövzulara üz tutaraq "Cəllad etirafı" (1999), "Sibir dərsi" (2000) kimi kitablar yazıb. Bu kitablar 1920-1950-ci illərdə bolşevik terrorunun qurbanı olmuş onlarca milli ruhlu Aydınlarımızın, o cümlədən tanınmış nəsillərdən Şahtaxtinskilər, Topçubaşovlar, Şamxorskilər, Aşurbəyovlar, Usubbəyovlar və digərlərinin acı talelərindən bəhs edir. "Gizli xidmətin sirləri" (2000) kitabında cəbhədə - kəşfiyyat, əks-kəşfiyyat və xüsusi təyinatlı dəstələrdə çalışmış peşəkar insanların xatirələri cəmləşmişdir. "Azərbaycan təhlükəsizlik və xüsusi xidmət orqanları" (2000), "Tariximiz və taleyimiz" (2001) kitabları onun yaradıcılığında ayrıca yer tutur. Bu kitablarında 1918-20-ci illərdə xalq cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat orqanlarında çalışmış leytenant Ağalarovun, yasovul Yusupovun, polkovnik İrza bəy Hacıbəylinskinin, Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanov qardaşlarının, Ələkbər xan Şahsuvarovun, Məmmədtağı Dadaşovun, Əli Razi Şamçızadənin və başqalarının, eləcə də Azərbaycandan kənarda fəaliyyət göstərən ilk kəşfiyyatçılarımız - polkovnik Məmməd bəy Əliyev və "Şahzadə Məmməd"in fəaliyyəti çoxsaylı arxiv materialları əsasında işıqlandırılır.
Tədqiqatçı-jurnalist, tərcüməçi, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Elşad Qocanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Kəşfiyyatı və əks-kəşfiyyatı" adlı yeni kitabı bu yaxınlarda işıq üzü görüb. Azərbaycan, rus və ingilis dillərində çap olunmuş kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabın redaktoru tarix elmləri doktoru, professor Anar İsgəndərov, rəyçiləri tarix elmlər doktoru, professor Nizami Süleymanov, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa və tarix üzrə fəlsəfə doktoru Namir Əliyevdir. Kitabı rus və ingilis dillərinə tərcümə edən isə Şahin Rzayevdir. Qısa məlumat xarakteri daşıyan kitabda Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) kəşfiyyat və əks-kəşfiyyat orqanlarının təşkili, fəaliyyəti və burada çalışmış fədakar insanların taleyi yeni və çoxsaylı arxiv materialları əsasında araşdırılıb. Həmçinin qeyd edək ki, kitabda öz əksini tapan materiallar “Palitra” qəzetində hissə-hissə çap olunmuşdur.
Kitabda Cümhuriyyətin qurulmasından sonra xüsusi xidmət orqanlarının formalaşmasına, daxili və xarici kəşfiyyatın yaradılmasına ciddi önəm verilib. Kitabda əks-inqilabla mübarizə təşkilatının fəaliyyətindən, Məmmədbağır Şeyxzamanov, Nağı bəy Şeyxzamanov, Mahmud bəy Səfikürdski və başqa dövlət xadimləri haqqında maraqlı məlumatlar əksini tapıb. Məlumat üçün bildirək ki, kitabın müəllifi Elşad Qoca uzun illərdir ölkə mətbuatında bədii, elmi-publisist yazılarla çıxış edir. O, eyni zamanda istiqlal tarixizimizin, xüsusən də, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının fəaliyyəti barədə çoxsaylı araşdırmaların, tərcümələrin və kitabların müəllifidir. Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının tarixindən və heç bir peşə hazırlığı olmadan az müddətdə böyük işlər görən şəxsiyyətlərin taleyindən bəhs edən qısa məlumat müəllifin səkkizinci kitabıdır.


Mahmud Əyyublu




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakı Uşaq Teatrı Beynəlxalq festivala iki tamaşa ilə gedib
15.11.2018
Bakıda Polşanın müstəqilliyinin 100 illiyi qeyd olunub
15.11.2018
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının açılışı olub
14.11.2018
Şairlərin fəlsəfi fikirləri
14.11.2018
Əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsi anılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info