BANM-in tələbələri “Baker Huges”-də fəaliyyətə başlayır
Tarix: 25.05.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes” şirkətilə əməkdaşlığını genişləndirir. Bu münasibətlə BANM-in rektoru Elmar Qasımov “Baker Hughes” şirkətinin Rusiya və Xəzər regionunun İnsan resursları üzrə direktoru Bağır Axundov, Azərbaycan və Gürcüstan üzrə İnsan resursları meneceri Sona Novruzova və Miqrasiya məsələləri üzrə meneceri Tural Əhmədovla görüşüb.
Görüşdə rektor Elmar Qasımov ali məktəb və onun tədris proqramları, burada oxuyan yüksək intellektli tələbələr, əməkdaşlıq edilən yerli və beynəlxalq şirkətlər, BANM-in yeni layihələri və imkanları haqqında ətraflı məlumat verib. Rektor həmçinin “Baker Hughes” kimi nəhəng şirkətin BANM-ə və onun tələbələrinə olan marağından sevindiyini bildirib.
“Baker Hughes” şirkətinin Azərbaycan və Gürcüstan üzrə İnsan resursları üzrə direktoru Bağır Axundov qeyd edib ki, şirkətin BANM-in dünya standartlarına cavab verən gənc məzun mütəxəssislərinə böyük ehtiyacı var. Bu məqsədlə “Baker Hughes” şirkətinin Azərbaycan nümayəndəliyi BANM-in yuxarı kurs tələbələrinə şirkətdə təcrübə keçməsi üçün müsabiqə elan etmək niyyətində olduğunu və məzunlar üçün karyera imkanlarının yaradılacağını söyləyib. Bağır Axundov, həmçinin qeyd edib ki, BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının 5-ci kurs tələbəsi Emiliya Məmmədova “Baker Hughes” şirkətinə aparıcı sahə mütəxəssisi vəzifəsinə işə qəbul olunub, belə ki o, Rusiya, Qazaxıstan və Azərbaycandan olan 7500 namizəd arasında müxtəlif mərhələlər üzrə keçirilən müsabiqədə qalib gələrək şirkətin əməkdaşları sırasına qoşulub.
Görüş zamanı qərara alınıb ki, BANM-in dörd tələbəsi iyun ayından başlayaraq “Baker Hughes” şirkətində istehsalat təcrübəsinə başlasın. Müzakirə zamanı həmçinin şirkətin rəhbər işçilərinin yaxın zamanda BANM-in tələbələrinə motivasiya xarakterli master-klass təlimlər keçəcəyi dəqiqləşdirilib.
Qeyd edək ki, “Baker Hughes” dünyanın ən böyük neft və qaz servis şirkətlərindəndir. Şirkətin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. 90-dan artıq ölkədə fəaliyyət göstərən şirkətin baş ofisi Hyustondadır.
BANM və “Baker Hughes” şirkəti 2015-ci ildən müqavilə əsasında əməkdaşlıq edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info