Qarabağ müharibəsi veteranı: “İbrahimbəyov bütün titullarından məhrum olunmalıdır”
Tarix: 25.05.2018 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmi Ağdam rayon ictimaiyyəti, ziyalılar, Qarabağ müharibəsi veteranları, şəhid ailələri tərəfindən tənqid və hiddətlə qarşılanıb.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialının sədri Baxşeyiş Hətəmli AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Rüstəm İbrahimbəyov “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz obrazda, erməniləri isə alicənab, sülhsevər kimi təqdim edib. Torpaqlarımızın erməni işğalçılarından müdafiəsində iştirak etmiş keçmiş döyüşçü kimi deyə bilərəm ki, müharibə zamanı Azərbaycan əsgərləri heç vaxt mülki şəxslərə zərər verməyib. Rüstəm İbrahimbəyovun alicənab adlandırdığı ermənilər isə xalqımıza qarşı tarixin ən qəddar faciələrini törədiblər. Qadın, qoca, uşaq demədən dinc sakinləri vəhşicəsinə qətlə yetirib, işgəncələrə məruz qoyublar. Xocalı, Qaradağlı, Malıbəyli və adını çəkmədiyim bir çox faciələr bunun sübutudur. Rüstəm İbrahimbəyovun mədəni və sülhsevər adlandırdığı ermənilər yüzlərlə şəhər və kəndlərimizi yandırıb, yerlə-yeksan edib, bir milyondan çox sakini öz ata-baba yurdundan didərgin salıblar. Budurmu ermənilərin alicənablığı, sülhsevərliyi?!”
Baxşeyiş Hətəmli qeyd edib ki, “Qafqaz üçlüyü” filmi Rüstəm İbrahimbəyovun azərbaycanlılara dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür, onun ermənipərəst simasını göstərir. “Mən bir Qarabağ müharibəsi iştirakçısı kimi bütün bunlara görə təəssüflənirəm və hiddətlənirəm. Rüstəm İbrahimbəyov kimi xainlərin, sapı özümüzdən olan baltaların azərbaycanlı adını daşımağa haqqı yoxdur. O, bütün titullarından məhrum olunmalıdır”, – deyə B.Hətəmli bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info