“Xalqına nifrət edən şəxs, o xalqın fəxri adını daşıya bilməz”
Tarix: 25.05.2018 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Nurəddin Mehdiyev: “Ən pisi də odur ki, belə bir anormal adamı müxalif qüvvələr millətin, dövlətin başına gətirmək istəyirdilər”

Zaman-zaman ermənipərəst dairələr xalqımıza, Azərbaycan dövlətinə qarşı məqsədli şəkildə iftira, qarayaxma kampaniyaları aparıblar və bu gün də belə halların şahidi oluruq. Misal üçün Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Qafqaz üçlüyü” filmini bu sıradan saymaq olar. Məqsədyönlü və qərəzli şəkildə yazılmış ssenari əsasında çəkilən bu filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğu, qərəzli və yalan məlumatların yer aldığı açıq-aydın görünür. Bu səbəbdən də son günlər film haqqında daha çox danışılır və bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir. Haqlı olaraq cəmiyyətimizin ayrı-ayrı təbəqələrindən olan insanlar filmə öz etirazlarını bildirir, İbrahimbəyovun xalqına qarşı belə aqressiv yanaşmasını onun erməni sevdası ilə əlaqələndirirlər. Ən çox etiraz isə sosial şəbəkələr vasitəsilə gənclər tərəfindən göstərilir. Bu da təsadüfi deyil. Çünki gənclər vətənpərvər ruhda böyüyürlər və xalqına, dövlətinə qarşı aparılan istənilən kampaniyalara daim reaksiya verirlər.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə ictimai şuranın sədri Nurəddin Mehdiyev məsələ ilə bağlı “Palitra”ya verdiyi açıqlamada deyir ki, ziyalıların, siyasət adamlarının, QHT rəhbərlərinin, ümumilikdə hər kəsin bu məsələyə tənqidi reaksiya verməsi İbrahimbəyovun bağışlanmaz səhv buraxması ilə bağlıdır. N.Mehdiyev gənclərin də vətəndaş mövqeyi sərgiləyərək, bu cür çirkin siyasi oyuna qol qoymuş bir adama qarşı çıxmalarını təbii hal sayır: “Təəssüf ki, qarayaxma, çirkin kampaniyaların sırasına incəsənət sahəsindən, öz millətimizdən olan bir adam da qol qoydu. O bağışlanmaz bir səhv buraxdı və düşünürəm ki, ssenarini bu formada yazmağı da bilərəkdən atılmış bir anormal addımdır. Əlbəttə, incəsənət azaddır, burada yaradılan sənət əsərləri də azad düşüncənin məhsulu olmalıdır. Amma ortaya qoyulan bu ssenaridən aşkar şəkildə qərəzlilik yağır, siyasi oyunların tərkib hissəsi kimi sifariş qoxusu gəlir. Filmdə ermənilərin yaşadığı saxta “faciə”lər kino dili ilə ortaya qoyulub. Ayrı-ayı epizodlarda bu millətn nümayəndələri təhqir edilir, döyülür, daşlanır, aşağılanır, guya daim təzyiq altında olublar. Əslində isə o millət-ermənilər bizə faciələr yaşadıblar. Hər şey tarixən onların yazdıqlarının əksinə baş verib...”
Nurəddin Mehdiyev sual edir ki, milli məsələlərə belə “həssas” yanaşdığını göstərmək istəyən adam niyə 31 mart soyqırımı haqqında ortaya bir sənət əsəri qoymur? Xocalıdan danışmağa qorxur, bəs niyə olmayan bir milli münasibəti ortaya qoyur? Suallar çoxdur, cavab isə yox: “Biz tarixən ermənilərə qarşı aqressiv olmamışıq axı. Əksinə, bu həmin ermənilərdir ki, özləri də fəxrlə deyirlər, kitablarında qeyd edirlər ki, mülki azərbaycanlıların-qocaların, hamilə qadınların belinə qaynar samovar bağlayıblar . Həqiqətən də, dəhşətli bir mənzərə ilə rastlaşırıq. Bir tərəfdə yaxın keçmişində ağır faciəyə-Xocalı soyqırımına məruz qalmış əzilən, hüquqları tapdalanan xalq, digər tərəfdə isə hələ də işğal olunmuş rayonlarımızda işğal günlərini toy-bayramla qeyd edən işğalçı xalq! Amma mövcud vəziyyət tərsinə təsvir edilir. Niyə? Məncə bir məqsəd var, o da erməni xalqı üçün qəhrəman olmaq... Bu ssenari ilə o ermənilərin əlinə bel vermiş oldu... Sabah bir erməniyə işğalçılıq, Xocalıdakı vəhşiliklərlə bağlı haqlı irad bildirəndə, o bizə öz içimizdən olan bir ssenaristin əsl “həqiqətləri” ekran əsərinə çevirməsini misal gətirəcək. Deyəcək ki, baxın bizim uşaqları quyuda daş- qalaq edən siz olmusunuz. Belə bir həssas dövrdə kimə və nəyə lazım idi ermənilər üçün sərf edən yalan dolu bir film?”
Nurəddin Mehdiyev onu da vurğuladı ki, “Qafqaz üçlüyü” filmi ilə Azərbaycan xalqını riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin apardıqları antiazərbaycan təbliğatının davamıdır. Bu filmin də ortaya çıxması R.İbrahimbəyovun əsl simasını bir daha ortaya qoydur: “AXC-nin 100 illiyini qeyd etdiyimiz bir dönəmdə cəmiyyətimiz İbrahimbəyovu həmin dövrün ağır yüklərini çiynində daşıyan ziyalıların davamçısı kimi görməli idi. Daha millətə, xalqına qarşı anormal yanaşmayla gündəmə gələn, fəaliyyətində tez-tez azərbaycanlıları aşağılama nüansları olan biri kimi yox. Hətta deyərdim ki, son əməlinə görə İbrahimbəyov bütün titullardan məhrum olmalıdır... Bir daha qeyd edirəm ki, gənclər bu xalqın gələcəyidir və əgər azərbaycanlı gənclərin nifrətini qazanan bir əsərlə yaddaşlarda qalmaq istəyirdisə, bunu gözəl bacardı. Tezliklə İbrahimbəyovun erməni saytlarının bəzəyinə çevriləcəyinin şahidi olsanız, təəccüblənməyin. Hətta ola bilsin ki, ermənilərlə bundan sonra aşkar işbirliyinə da başlasın. Axı o, öz millətinə nifrət etdiyini aşkar şəkildə ortaya qoydu... Ən pisi də odur ki, belə bir anormal adamı müxalif qüvvələr millətin, dövlətin başına gətirmək istəyirdilər. Yəqin təsəvvür edirsiniz, İbrahimbəyov Azərbaycan prezidenti olsaydı, nələr edəcəkdi... Bir daha qeyd edirəm ki, yəhudilərin belə, fakt kimi qəbul edib, dünyada təbliğ etdikləri bir qırğın-Quba qırğını haqqında söz açmayan adam ermənini saf, mədəni, əzilən göstərib azərbaycanlıları vəhşi, ermənini daşa basan kimi göstərirsə, ya onun psixoloji pozğunluğu yaranıb, ya da həqiqətən də satılıb... Qısası, film bundan sonra da daim pislənilməlidir, çünki kinoda Azərbaycan xalqı bilərəkdən aşağılanır, ermənilərin belə bir xalqla birgə yaşayışının mümkün olmaması aşılanır. Azərbaycan xalqı belə xəyanətləri çox görüb, və xalqımız müdrik xalqdır. Hər nə qədər sapı özümüzdən olan baltalar meydana çıxsa da, insanlarımız o baltalara öz yerini göstərərcəklər. Xalqımız bu xəyanəti unutmayacaq, öz millətinə, xalqına nifrət edən adam xalqın fəxri adlarını daşıya bilməz”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info