Azərbaycan tarixinin parlaq səhifəsi
Tarix: 25.05.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


28 may tarixi müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması günüdür. İki gündən sonra bu əlamətdar hadisənin 100 illiyi qeyd olunacaq. Bu münasibətlə Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) də tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Faiq Şahbazlı açıb. O bildirib ki, 1918-ci il mayın 28-də AXC-nin yaradılması xalqımızın tarixinə şanlı hadisə kimi daxil olub. Cəmi 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən AXC xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Direktorun sözlərinə görə, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərlə Azərbaycan xalqının tarixində parlaq səhifə yaradıb. F.Şahbazlı vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə gətirilməsindən sonra daha da inkişaf edən, beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycan 1918-1920-ci illərdə cəmi 23 ay ərzində mövcud olan AXC-nin siyasi varisidir. O, tələbə gənclərə üz tutaraq, onları müasir, müstəqil Azərbaycanı daha dərindən sevməyə, daim ölkəmizin inkişaf etməsi, tərəqqisi üçün çalışmağa səsləyib.

Tədris istehsalat işləri üzrə direktor müavini, tarix müəllimi Şakir Mikayılov AXC-nin yaranması, həyata keçirdiyi islahatlar, yeni dövlətin beynəlxalq əlaqələri, həmçinin cümhuriyyətin süqutu, buna səbəb olan amillər, o dövrdəki siyasi-tarixi reallıqlar, cərəyan edən proseslər barədə geniş nitq söyləyib. Diqqətə çatdırılıb ki, AXC-nin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Cari il yanvar ayının 10-da dövlət başçısı İlham Əliyevin imzaladığı daha bir sərəncamla 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Sərəncamda qeyd olunub ki, cəmi iki ilə yaxın yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə Respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Ş.Mikayılov hər il olduğu kimi, bu dəfə də Prezident İlham Əliyevin AXC-nin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəsini Respublika Günü münasibətilə ziyarət etdiyini diqqətə çatdırıb. Eyni zamanda bildirib ki, dövlət başçısı İlham Əliyev AXC-nin 100 illiyi münasibətilə məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında mayın 24-də sərəncam da imzalayıb.

Çıxışlardan sonra kollec tələbələrinin aparıcılığı ilə bədii hissəyə başlanılıb. Tələbələrin ifasında müstəqilliyimizi, dövlətçiliyimizi təbliğ edən şeirlər, mahnılar səsləndirilib, milli rəqs nümunələri göstərilib.

Sonda kollecin direktoru F.Şahbazlı bədii hissəni təşkil edən müəllim və tələbələrə təşəkkürünü bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info