“Mastercard” Azərbaycan üzrə yeni menecer təyin edib
Tarix: 25.05.2018 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Qlobal ödəniş texnologiyaları təchizatçısı olan “Mastercard” şirkəti Erdem Çakarı Azərbaycan üzrə menecer təyin edib.

Erdem Çakar böyük təcrübəsi sayəsində “Mastercard”ın Azərbaycanda strateji inkişafı, şirkətin biznes və əhəmiyyətinin artması istiqamətində çalışacaq.

Erdem Çakar 1998-ci ildə Boğaziçi Universitetinin iqtisadiyyat fakültəsini bitirib. O, peşəkar karyerasına “Citibank Turkey”də başlayıb və orada ödəniş sistemlərinin kredit riskinin idarəsi ilə məşğul olub. Erdem Çakar 2002-ci ildə Belçikaya köçərək ilk dəfə “Citi Operations and Technology” sisteminin regional inkişafı üzrə məsuliyyəti öz üzərinə götürüb və Avropa bazarlarında internet-bankinqi işə salıb. O, 2006-cı ildə dünya üzrə 12 bazarda “Citi Shell” ko-brendlərin qlobal işə salınması və idarə edilməsi ilə məşğul idi.

Erdem Çakar “Mastercard Turkey”də 2009-cu ildən çalışaraq əsasən hesabların idarə edilməsinə və məhsulların keyfiyyətinə cavabdeh idi. Hazırda o, emitent və ekvayer bankların qüvvədə olan modelləri, pərakəndə və elektron ticarət satıcıları, həmçinin Avropa mobil şəbəkə operatorları ilə çoxillik iş təcrübəsini Azərbaycanda istifadə etməyə olduqca həvəslidir.

“Azərbaycanda “Mastercard”ın biznesinə rəhbərlik etmək imkanına çox şadam. Biz Azərbaycanı nağdsız ödəniş sahəsində regionun lideri və “Mastercard”ın ən mütərəqqi texnologiyalarını tətbiq edən ilk ölkə kimi görmək istəyirik”, - deyə “Mastercard”ın yerli bazarda uzunmüddətli öhdəliklərini vurğulayan Erdem Çakar bildirib.

Azərbaycan Mərkəzi Bank ilə birgə hazırlanan “Nağdsız Azərbaycan yolunda” layihəsi, “Priceless Special” platformasının işə salınması, ASAN "İnnovasiyalar mərkəzi" ilə maliyyə savadlılığı proqramının təşəbbüsü və şirkətin Bakı ofisinin açılması kimi bir sıra uğurlu layihə həyata keçirdikdən sonra “Mastercard”ın Azərbaycan üzrə keçmiş meneceri Alper Meriç iqtisadiyyatı çox sürətlə inkişaf edən bazarlarda loyallıq və müəssisələrin strateji təhlükəsizliyi istiqamətlərinin başçısı təyin edilib. O, yeni vəzifəsində “Mastercard” üçün qiymətli olan loyallıq və təhlükəsizliyin təmin olunması üzrə məhsul və xidmətlərin hazırlanmasında fokuslaşaraq 15 ölkəyə cavabdeh olacaq.

“Mastercard” haqqında:
“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
9 ayda dövlət məşğulluq orqanları tərəfindən 44,8 min nəfər işlə təmin edilib
17.10.2018
Hacıqabulda salınan sənaye məhəlləsinin bir hissəsində tikinti işləri başa çatıb
17.10.2018
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
17.10.2018
“Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır”
17.10.2018
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars vasitəsilə yük daşımaları 3 milyon tona çatdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10261

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info