“Mənim ana dilim“
Tarix: 25.05.2018 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən Region gəncləri arasında "Mənim ana dilim" mövzusunda olimpiadanın təşkili layihəsi başa çatdı.
Layihə çərçivəsində tədbirlər 23-24 may 2018-ci il tarixlərində Qəbələ və Oğuz rayonlarında keçirildi. Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Anar Məhərrəmov layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi gənclər arasında ana dilimizi öyrənməyin, öyrətmənin və qorumağın təbliği, Ana dilinin tədrisinin yüksəldilməsinə töhfə vermək, Ana dilimizin qayğısına qalmaq, onun saflığını qorumaq, onunla fəxr edilməsinin təbliğinə nail olmaqdır. Sonra layihənin eksperti Kamil Səbzalıyev çıxışında ana dilimizin tarixi, dilimizə dövlət qayğısı, ulu öndər Heydər Əliyevin dilimizə daim diqqətlə yanaşdığını, dilimizlə bağlı verdiyi mühüm sərəncamlar, Azərbaycan ədəbi dilinin bugünkü inkişafı, dilimizin dövlətçilik ənənələrimizin təbliğini ifadə etdiyini, dilimizin böyük poeziya dili olduğunu bildirdi. K. Səbzalıyev bildirib ki, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq olimpiadada cümhuriyyətin dil siyasəti ilə əlaqədar suallara geniş yer verilib. Daha sonra "Mənim ana dilim" mövzusunda olimpiadalar təşkil edildi, qaliblər qiymətli hədiyyələr və sertifikatlar ilə təltif olundular.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20.10.2018
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
20.10.2018
Udmurtiyada Tofiq Kərimovun xatirəsi əbədiləşdiriləcək
19.10.2018
“Bakcell”in dəstəklədiyi gənclərin uğuru
19.10.2018
AZAL və “Belavia“ Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10290

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info