Türkmənistan TANAP-a, Qazaxıstan Bakı-Tbilisi-Ceyhana qoşulur
Tarix: 26.05.2018 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər kəmərinin gücü illik 20-30 milyard kubmetr olacaq və türkmən sahilini Bakı ilə birləşdirəcək, daha sonra “Cənub Qaz Dəhlizi”nə qoşulacaq. Bu isə türkmən qazının TANAP və TAP vasitəsilə Avropaya ixracına imkan yaradacaq”

İki gün əvvəl Türkmənistanın Trans-Anadolu qaz kəməri (TANAP) layihəsində iştirakı ilə bağlı xəbər yayıldı. Belə ki, Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu Avazada IX Türkmənistan Beynəlxalq Qaz Konqresinin (TGC-2018) qeyri-rəsmi görüşləri zamanı “MEDİA-TURKMEN ORIENT”-ə müsahibəsində bu məsələni gündəmə gətirdi: “Biz Trans-Anadolu qaz kəməri layihəsində Türkmənistanın iştirak edəcəyinə böyük ümid bəsləyirik. TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üçün çox əhəmiyyətlidir və ərazisindən bu qaz kəməri çəkiləcək bütün ölkələr əsas tərkib hissələrindən biri TANAP olan “Cənub Qaz Dəhlizi” layihəsində Türkmənistanın iştirakında maraqlıdırlar. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə boru kəməri çəkmək və Türkmənistan qazını TANAP vasitəsilə Avropaya göndərmək imkanı layihənin səmərəliliyini artıracaq”. Təbii qaz təchizatının şaxələndirilməsi strategiyasını həyata keçirən Türkmənistan üçün qaz ixracında Avropa istiqaməti öz aktuallığını itirməyib. Dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Mırat Arçayev qaz konqresində bildirib ki, Trans-Anadolu qaz kəməri layihəsi gündəmdən çıxarılmayıb. Rəsmi Aşqabad tərəfindən bu məsələnin gündəmə gətirilməsi Xəzərin dibi ilə yeni kəmərin çəkilməsi məsələsini aktuallaşdırıb. Həm Türkiyə, həm də Türkmənistan tərəfindən bu məsələ ilə bağlı açıqlama verilməsi Xəzərin dibi ilə kəmər çəkilməsi məsələsində razılıq əldə olunması ehtimalını artırır. Çünki yayın sonu, payızın əvvəlində Xəzəryanı dövlət başçılarının yubiley - 10-cu sammitində statusla bağlı konvensiyanın imzalaması gözlənilir. “Nezavisimaya qazeta” yazır ki, illik 16 milyard kubmetr Azərbaycan qazının ixracına hesablanmış TANAP kəmərinə Türkmənistanın qoşulması üçün təkcə Xəzərin dibi ilə Transxəzər kəməri çəkmək kifayət deyil: “Bunun üçün əlavə kompressorlar da quraşdırılmalıdır. Son illər rəsmi Aşqabad Avropadan gələn məmurlarla qaz nəqli məsələsini aktiv şəkildə müzakirə edir. Rusiyaya qaz ixracı dayanandan sonra Türkmənistan Avropaya ildə 40 milyard kubmetr qaz ixrac edə biləcəyini açıqlayıb. Aşqabad bu məqsədlə özü müstəqil şəkildə “Şərq-Qərb” kəməri inşa edərək “Cənubi Yolotanya” yatağını Xəzər sahilinə birləşdirib. Mırat Arçayev bildirib ki, Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan Transxəzər kəmərinin gücü illik 20-30 milyard kubmetr olacaq və türkmən sahilini Bakı ilə birləşdirəcək, daha sonra “Cənub Qaz Dəhlizi”nə qoşulacaq. Bu isə türkmən qazının TANAP və TAP vasitəsilə Avropaya ixracına imkan yaradacaq”. Nəşr yazır ki, əvvəllər bu kəmərin çəkilməsinə Rusiya və İran imkan verməyib. Moskva və Tehran iddia edirdi ki, qapalı ekosistemin pozulmaması üçün istənilən transsərhəd infrastrukturu bütün sahil dövlətləri ilə razılaşdırılmalıdır. Amma indi vəziyyət dəyişməyə başlayıb. Nəşr qeyd edir ki, Rusiyanın xarici işlər naziri Lavrov bəyan edib ki, Xəzəryanı dövlətlər Konvensiyanı imzalamağa çox yaxındır. Buradan belə nəticə çıxarmaq olar ki, artıq razılaşma əldə olunmasına yaxın olunduğu qeyd edilən sənəddə status, sərhədlər və kəmərlərin çəkilməsi ilə bağlı ümumi rəy əldə etmək mümkün olub. Həmin Konvensiya ilə hüquqi status, suverenlik, bir-birinin hüququnu tanımaq məsələsi tam həllini tapmış olacaq. Belə olan halda, Aşqabad üçün, sadəcə, Tehran və Bakı ilə razılaşmaq qalır. Böyük qaz yataqları olmayan Qazaxıstan da TANAP layihəsinə maraq göstərir. Nəşr yazır ki, Transxəzər kəmərinin çəkilməsi məsələsi həllini tapandan sonra Astana da TANAP-la yaxından maraqlanacaq, imic planında kiçik həcmdə də olsa, kəmərlə qaz ixrac etməyə təşəbbüs göstərəcək. Amma əsl məqsəd başqadır. Xəzərin dibi ilə kəmər çəkmək mümkündürsə, o halda Astana Bakı-Tbilisi-Ceyhana birləşmək perspektivini nəzərdən keçirəcək.
Qeyd edək ki, iyunun 12-də istismara verilməsi gözlənilən TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyə və Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Boru kəmərinə sınaq məqsədilə qaz vurularaq Əskişəhərə çatdırılıb. Sistemə təbii qazın alınmasına başlanılıb. Bu il iyulun əvvəlindən etibarən TANAP-la Türkiyəyə kommersiya məqsədilə ilk qaz veriləcək. İlkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz veriləcək. Daha sonrakı 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq. “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”-dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info