İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib
Tarix: 25.05.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq kiçik və orta biznes evləri yaradılacaq

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilmiş konfransda aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci ilədək dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayı əhəmiyyətli dərəcədə azaldılıb, prosedurlar sadələşdirilib və lisenziyaların elektron qaydada verilməsi üçün “Lisenziyalar və icazələr” portalı istifadəyə verilib, investisiyaların və ixracın təşviqi mexanizmləri tətbiq olunur, yerli istehsalın dəstəklənməsi üçün kompleks və ardıcıl tədbirlər həyata keçirilir, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb, vergi və gömrük prosedurları sadələşdirilib. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində son 15 ildə ölkə iqtisadiyyatı 3,2 dəfə, sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə artıb, özəl bölmənin payı artaraq ÜDM-də 84%-i, məşğulluqda isə 75%-i ötüb, 90 mindən çox müəssisə yaradılıb.
İqtisadiyyat naziri qeyd edib ki, qeyri-neft sektorunda istehsal və ixrac potensialının artırılması məqsədilə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, Mingəçevir, Pirallahı və Milli Elmlər Akademiyasının yüksək texnologiya parkları, Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin yaradılması istiqamətində əhəmiyyətli işlər görülüb, tikintisi tamamlanmış sənaye zonalarında müasir standartlara uyğun müəssisələr fəaliyyətə başlayıb. 2,5 milyard manatlıq investisiya qoyuluşunu nəzərdə tutan 271 layihə üçün İnvestisiya Təşviqi Sənədi verilib. Artıq bu layihələrin 130-u üzrə müəssisələr fəaliyyətə başlayıb. Hazırda 30 rayon üzrə 191,8 min hektar ərazidə 45 aqroparkın yaradılması təşviq olunur. Xaçmaz, Şəmkir və Cəlilabad aqroparklarında 1-ci mərhələ üzrə işlər başa çatıb. 2018-ci ildə 15 aqroparkın istifadəyə verilməsi gözlənilir. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kredit verilib. 2018-ci ildə isə qaytarılmış kreditlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. Yerli istehsalının potensialının yüksəldilməsi və ixracın dəstəklənməsi tədbirləri nəticəsində qeyri-neft ixracı 2017-ci ildə 24,4%, 2018-ci ilin I rübündə isə 35%-ə yaxın artıb. Sonra sahibkarlığın inkişafına həsr olunmuş “Dayanıqlı inkişaf. Güclü sahibkarlıq” filmi nümayiş olunub.

Kiçik sahibkarlıq subyektlərinin vergi yükü azalacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri, akademik Ziyad Səmədzadə dövlət başçısının rəhbərliyi ilə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektli islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb. Sahibkarlarla bağlı xüsusi günün qeyd edilməsinin ölkədə biznes mühitinə, özəl sektora verilən böyük önəmin göstəricisi olduğunu bildirən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan dəyişikliklərin başlıca prinsipləri, vergi ödəyiciləri ilə münasibətdə şəffaflığın təmin olunması, onların qarşılaşdığı məsələlərin həll olunması istiqamətində görülən işlər barədə danışıb. Nazir deyib ki, bütün vergi ödəyiciləri və sahibkarlar üçün mühüm olan bir mövzu müzakirə edilir: “Bu, Prezidentin tapşırığına əsasən vergi yükünün azaldılmasına yönəldilən və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən bir islahatdır. İslahat əməkhaqqına tətbiq olunan vahid vergi yükü müəyyənləşdirilməsini nəzərdə tutur. İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır”. Onun sözlərinə görə, təklif edilən digər dəyişiklik mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə bağlıdır.

Sahibkarlara ödəyəcəkləri gömrük rüsumunun məbləği SMS vasitəsilə bildiriləcək

Kənd təsərrüfatı naziri İnam Kərimov çıxışında kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlərdən, aqrar sahənin inkişafında sahibkarlığın rolundan bəhs edib, Azərbaycan dövlətinin daim sahibkarlara dəstəyini davam etdirdiyini vurğulayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tədbirdəki çıxışında dövlət başçısının rəhbərliyi ilə gömrük sahəsində həyata keçirilən islahatlar, həyata keçirilən tədbirlərin iqtisadiyyatın və ticarətin inkişafındakı rolu, gömrük orqanlarının modernləşdirilməsi, gömrük işinin daha səmərəli təşkili istiqamətində həyata keçirilən innovativ tədbirlər barədə məlumat verib. Səfər Mehdiyev deyib ki, sahibkarlara ödəyəcəkləri gömrük rüsumunun məbləği SMS vasitəsilə bildiriləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, dövlət başçısı tərəfindən “Sahibkarlar Günü”nün qeyd edilməsi ilə bağlı sərəncamı özəl bölməyə ölkə iqtisadiyyatında əsas prioritet istiqamətlərdən biri kimi böyük önəm verildiyinin daha bir nümunəsidir. Səttar Mehbalıyev sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.

Xidmətlər bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşəcək

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov kiçik və orta sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlara göstərilən dəstəyin ünvanlılığının təmin edilməsi və bu sahənin inkişafının stimullaşdırılması məqsədilə yaradılmış agentliyin fəaliyyətinin təşkili istiqamətində tədbirlərin görüldüyünü, qurumun KOS-lara dəstək tədbirləri barədə danışıb, göstərilən xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evi”ndə birləşdirəcəyini qeyd edib. Yəni kiçik və orta biznes evləri yaradılacaq. Bu biznes evləri dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq. Yeni yaradılan biznes evləri biznes mühitində "ASAN xidmət" modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün "bir pəncərə" sistemi kimi fəaliyyət göstərəcək.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.08.2018
TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq
21.08.2018
7 ayda istifadəyə verilən obyektlər
21.08.2018
Xeyirxahlığın, həmrəyliyin və fədakarlığın rəmzi olan müqəddəs Qurban bayramı
21.08.2018
Azərbaycan neftinin bir barreli 73,43 dollara satılır
20.08.2018
“Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9918

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 “Jeopoliturk.com”: “Azərbaycanın sabitlik, rifah və müstəqilliyi Türkiyə və Qərbi Asiyada sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyətlidir”
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info