Bolqarıstanla elmi əlaqələr
Tarix: 26.05.2018 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Bolqarıstanda səfərdə olub, qarşılıqlı elmi əlaqələrin inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstanın Qabrovo şəhərində keçirilən Satira və yumor festivalında iştirak edib. Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşmış olan Qabrovodakı Satira və Yumor Evində Bolqarıstanda xalq gülüşünün, satirik ədəbiyyatın ənənələri, həmçinin karikatura sənətinin tarixi və mövcud reallıqlar ətrafında söhbət aparılıb, bu istiqamətdə elmi tədqiqatların aparılması üzrə razılıq əldə olunub.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykova ölkələr arasındakı ədəbi əlaqələrə və realist-satirik ədəbiyyatın poetikasına dair birgə tədqiqatların aparılmasını əhəmiyyətli hesab ediblər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Bolqarıstan EA Arxeologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bolqarıstanın Arxeologiya Muzeyində Azərbaycan arxeologiya elminin nailiyyətlərinə həsr edilən sərgi açılıb və elmi konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bolqarıstan EA-nın vitse-prezidenti, akademik Boris Nikolov və başqaları çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin əhəmiyyətindən və perspektivlərindən bəhs ediblər.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının Bolqarıstanda aparılan elmi ekspedisiyalarda iştirakı və elmi əsərlərin mübadiləsi barədə razılaşma əldə olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Bolqarıstan EA Antropologiya İnstitutunun iş təcrübəsi ilə tanış olub və Antropologiya Muzeyindəki alimlər tərəfindən bərpa edilmiş ədəbi-tarixi şəxsiyyətlərin maketlərinə baxıblar. Görüşdə Antropologiya sahəsində əməkdaşlığın perspektivlərindən bəhs olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay
20.02.2019
Ürəyinizin qəfil dayanacağından xəbər verən 9 əlamət

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info