Qoyas ştatının qubernatoru Cümhuriyyətin 100 illiyi münasibətilə Azərbaycanı təbrik edib
Tarix: 25.05.2018 | Saat: 22:37:00 | E-mail | Çapa göndər



Braziliya Federativ Respublikasının Qoyas ştatının qubernatoru Joze Eliton de Figuerede Junior Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Qubernator məktubda Azərbaycan Respublikasını 28 May - Respublika Günü münasibətilə təbrik edir. O vurğulayır ki, 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti demokratiya və ədalətli cəmiyyət dəyərlərinə verilmiş ən yüksək töhfələrdəndir.
Joze Eliton de Figuerede Junior ölkələrimiz arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbriklərini çatdıraraq bildirir ki, bu il Qoyas ştatında keçirilmiş fotosərgi ştat əhalisi üçün Azərbaycanın tarixi, adət-ənənələri və mədəniyyəti ilə az da olsa tanış olmaq imkanı yaradıb.
Məktubun sonunda qubernator Qoyas ştatı ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və hörmət bağlarının daimi olması niyyəti ilə bütün Azərbaycan xalqını təbrik edir.




 
Bölməyə aid digər xəbərlər
19.08.2018
Udi gənclər Bilik Fondunun köməyi ilə dövlət dilimizi daha dərindən öyrənirlər
19.08.2018
Əmək müqaviləsi olmadan çalışmaq işçini gələcəkdə sosial təminatdan məhrum edir
19.08.2018
19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür
19.08.2018
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
19.08.2018
Azərbaycanın ilk Xalq Şairi - Mirvarid Dilbazi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9904

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info