ABŞ-ın San Dieqo şəhərində 28 may - ADR-in 100 illiyi günü elan edilib
Tarix: 26.05.2018 | Saat: 15:15:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri müvafiq bəyannamə imzalayıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.
Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.
Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan San Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurub.
Bəyannamənin sonunda 28 may tarixi San Dieqo şəhərində “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edilir.
Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq Ümumi Daxili Məhsulu olan San Dieqo şəhəri Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ön böyük şəhərdir. San Dieqo şəhəri ilə Bakı şəhəri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Ermənistan ordusu atəşkəs rejimini 27 dəfə pozub
20.10.2018
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018
Neftçalada bu günə kimi 10 min 150 ton ət istehsal olunub
19.10.2018
İzmirdə “Star” neft emalı zavodunun açılışı olub
19.10.2018
Prezident Azərbaycan energetiklərini təltif edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10290

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info