Neftin qiyməti son iki gündə 5 faizədək ucuzlaşıb
Tarix: 26.05.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Neftin qiyməti son iki gündə 5 faizədək ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanının enerji nazirlərinin Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və bəzi qeyri-OPEC ölkələrinin (OPEC+) neft hasilatının azaldılmasına dair Vyana sazişi üzrə istehsal kvotasını yumşaldacaqlarına dair bəyanatları dünya birjalarında “qara qızıl”ın qiymətinin son 2 gündə 5 faizədək ucuzlaşmasına səbəb olub. Neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri də ABŞ-dakı aktiv neft quyularının sayının rekord göstəriciyə – 859-a çatmasıdır.
Ekspertlər mayın 17-də “Brent” markalı xam neftin bir barrelinin qiymətinin 2014-cü ildən indiyədək ilk dəfə 80 dolları, “Light” neftinin qiymətinin isə son 4 ilin maksimumuna çataraq 72 dollar/barreli ötməsinə əsasən geosiyası proseslərin, konkret olaraq ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarının, eləcə bu qərardan sonra neft bazarında tədarükə dair narahatlığın artmasının təsir göstərdiyi qənaətindədirlər. Lakin bu həftənin əvvəlində, mayın 22-də “Brent” qiyməti yenidən 80 dollar/barreli, “Light”ın qiyməti isə 72 dollar/barreli ötdü. “Qara qızıl”ın qiymətindəki bu sıçrayışa səbəb isə mayın 24-də işə başlayan Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı enerji nəhəngi ölkələrin nazirlərinin müxtəlif fikirlər səsləndirəcəklərinə dair versiyaların irəli sürülməsi oldu. Ancaq forum çərçivəsində verilən bəyanatlar onu göstərdi ki, neft hasilatçısı ölkələr bazarda daha çox ədalətli qiymətin tərəfdarıdırlar və süni qiymət artımının davamlılığı yoxdur. “Qara qızıl”ın qiymətinin 60-70 dollar/barrel səviyyəsində olması həm istehsalçı, həm də istehlakçı ölkələri qane edir.
Qeyd edək ki, hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 76,44 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 67,88 dollara alıcı axtarır.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info