Xalqına nifrət edən biri xalqın fəxri adını daşıya bilməz
Tarix: 26.05.2018 | Saat: 13:02:00 | E-mail | Çapa göndər


Rüstəm İbrahimbəyova qarşı cəza tədbirləri həyata keçirilməlidir

Rüstəm İbrahimbəyov cılız məqsədlərini həyata keçirə bilmək üçün xalqını aşağılayır. Onun ssenari müəllifi olduğu “Qafqaz üçlüyü” filmində bu, aydın şəkildə özünü göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirib.
Fəttah Heydərov qeyd edib ki, kiminsə mənsub olduğu xalqla bağlı iftiralar yayması, bu məqsədlə də yaradıcılığından istifadə etməsi yolverilməzdir. Torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu əməli milli xəyanətin, insan mənəviyyatının deqradasiyası və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. R.İbrahimbəyova və onun kimilərə ancaq satqın, xəyanətkar, nankor demək olar. Xalqımız onun bu xəyanətkar əməlini kəskin şəkildə pisləyir. Ona qarşı cəza tədbirləri həyata keçirilməli, bütün titullarından məhrum olunmalıdır. Xalqına nifrət edən biri xalqın fəxri adını daşıya bilməz.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9424

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info