Rüstəm İbrahimbəyovun vətənpərvərlikdən danışmağa haqqı yoxdur
Tarix: 27.05.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər



Azərbaycanın inkişafına, onun qazandığı uğurlara sevinən dostlarla yanaşı, bundan narahat olan, xalqımıza və dövlətimizə qarşı hər an qarayaxma kampaniyası aparmağa can atan qüvvələr də var.
Artıq 26 ildən çoxdur ki, Vətənimizin 20 faiz ərazisi erməni işğalı altındadır. Bu acı fakt hər bir azərbaycanlının qəlbini ağrıtmalı, bütün fikirlərinə hakim kəsilməlidir. Kim hansı vəzifədə işləməsindən, hansı sahənin təmsilçisi sayılmasından asılı olmayaraq, torpaqlarımızın işğaldan azad olunmasına öz töhfəsini verməyə çalışmalıdır. Azərbaycanın əraziləri işğal olunubsa, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları, həmçinin atəşkəs adı altında müharibə davam edirsə, özünü azərbaycanlı adlandıran şəxsin “Qafqaz üçlüyü” filminin həmmüəllifi olması birbaşa işğala haqq qazandırmaq, düşmən dəyirmanına su tökməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ssenari müəllifli Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengela və Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində azərbaycanlıların mənfi obrazının yaradılmasına münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.
O deyib: “Çox acınacaqlıdır ki, özünü azərbaycanlı kimi təqdim edənlərin bəzilərinin sözü ilə əməli uyğun gəlmir. Rüstəm İbrahimbəyovun müəllifi olduğu film bunu bir daha göstərdi. Məqsədi azərbaycanlıların vəhşi obrazının formalaşdırılmasından, erməni separatizminə, terrorçuluğuna və işğalına haqq qazandırmaqdan ibarət olan bir filmin həmmüəllifi özünü hansı haqla azərbaycanlı hesab edə bilər? Bu filmlə Azərbaycan xalqına qarşı açıq xəyanət yolu tutan Rüstəm İbrahimbəyov erməni lobbisinə, erməni işğalçılarına dəstək verərək, əslində öz milli kimliyini ifadə edib.
Film bir daha göstərdi ki, milli kimliyi şübhə doğuran bu şəxs ölkəmizi və azərbaycanlıları qətiyyən sevmir. Elə bunun nəticəsidir ki, filmboyu erməni sevgisinin, erməni millətinə vurğunluğun şahidi oluruq. R.İbrahimbəyovun, həmçinin bu gün Milli Şurada təmsil olunanların bir çoxunun erməni lobbisinin maraqlarına xidmət etdikləri artıq gizlədilməsi mümkün olmayan faktdır. Filmi müəlliflərinin, xüsusilə Rüstəm və Fuad İbrahimbəyovların artıq bu xalqın, millətin qarşısına çıxıb millilikdən, vətənpərvərlikdən danışmağa haqları yoxdur.
Ərazisinin 20 faizi işğal altında olan, həmin yerlərdə bütün milli-mədəni irsi erməni vandalları tərəfindən dağıdılmış, on minlərlə vətəndaşının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” öz milli kökünə, xalqına xəyanətin bariz nümunəsidir.
Biz veteranlar xalqımıza qarşı bu böhtanı, təhqiramiz münasibəti birmənalı şəkildə rədd edir, belə cəhdlərin Azərbaycanın və onun xalqının dünya tərəfindən qəbul olunmuş obrazını dəyişə bilməyəcəyini əminliklə bildiririk”.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
İran bombardmana məruz qalsa belə təslim olmayacaq
23.05.2019
“İnsan hüquqlarının müdafiəsi adı altında gizlənənlərin əsl məqsədi hədəf ölkəyə təzyiq etməkdir”
23.05.2019
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman vətəndaşların hüquqlarının etibarlı müdafiəsinə xidmət edir
23.05.2019
İdman sülhün möhkəmlənməsi üçün məkan olmalıdır
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info