Kazanda АXC-nin 100 illiyi təntənə ilə qeyd edilib
Tarix: 27.05.2018 | Saat: 23:36:00 | E-mail | Çapa göndər



Kazanda Tatarıstan Xalqlar Dostluğu Evinin konsert zalında Azərbaycanın Respublika Gününə və Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən konsert olub.
AZƏRTAC xəbər verir ki, bayram tədbiri Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin “Azərbaycan” Regional İctimai Təşkilatı tərəfindən təşkil edilib.
Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı İrek Şaripov Tatarıstan Respublikası Dövlət Şurasının sədri, Tatarıstan Xalqlar Assambleyası Şurasının sədri Fərid Muxametşinin Tatarıstan azərbaycanlılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda qeyd edilib ki, Azərbaycanın İstiqlal Bəyannaməsi 1918-ci il mayın 28-də qəbul edilib və bu sənəd nəticəsində Azərbaycan İslam aləminin ilk demokratik dünyəvi, müsəlman Şərqində qadınlara seçki hüququnun verildiyi ilk dövlət olub.
Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Bəşir Bəşirov təbrik nitqində qeyd edib ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı üçün Respublika Günü çox önəmlidir.
Azərbaycandan gəlmiş qonaq, “Tatarıstan” İctimai Birliyinin sədr müavini Emin Ramazanov təmsil etdiyi qurumun sədri Abas Minyaşevin və Azərbaycandakı tatar diasporunun təbriklərini çatdırıb. Vurğulayıb ki, Azərbaycandakı tatarlar və Tatarıstandakı azərbaycanlılar iki qardaş xalqın dostluğunun möhkəmlənməsi naminə fəal əməkdaşlıq edir, birgə mədəni və ictimai tədbirlər keçirirlər.
Bayram tədbirində 300-dən çox qonaq, o cümlədən Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Rəşad Əliyev, Türkiyənin Kazanda baş konsulu Əhməd Sadıq Doğan, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova, elmi və mədəni ictimaiyyətin nümayəndələri, deputatlar və məmurlar, Azərbaycan icmasının üzvləri iştirak ediblər
Konsert proqramı müxtəlif janrda nömrələrlə zəngin olub. Vokalçılar, xoreoqrafiya kollektivləri, Azərbaycan Milli-Mədəni Muxtariyyətindən gənclərin hazırladıqları yumoristik səhnələr maraqla qarşılanıb. Azərbaycanın Əməkdar Artisti Gülüstan Əliyevanın çıxışı isə Tatarıstan Xalqlar Dostluğu Evinə gələn hər kəs üçün hədiyyə olub.




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info