“Qaxın mədəniyyət müəssisələri gənclərlə işə xüsusi diqqət ayırır”
Tarix: 10.06.2013 | Saat: 22:44:00 | E-mail | Çapa göndər


Nəzir Omarov: “2013-cü ilin geridə qalan ayları ərzində rayonumuzun mədəni-maarif müəssisələrində tarixi gün və bayramların keçirilməsi təmin edilib”

Layihə çərçivəsində müsahibimiz Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nəzir Omarovdur. Şöbə müdiri müsahibəsinə rayonun mədəniyyət müəssisələrilə məlumat verməklə başladı:

-Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 48 kitabxana, 23 Mədəniyyət evi, 15 klub, 2 muzey, Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası, İncəsənət məktəbi, İlisu Tarix Mədəniyyət qoruğu və abidə mühafizəçilər qrupu fəaliyyət göstərir. Bu müəssisələrdə 478 işçi çalışır. Rayonun mədəniyyət müəssisələrində 3 xalq kollektivi var. “Arzu” xalq kollektivi və İ.Dağıstanlı adına xalq teatrı S.Vurğun adına rayon Mədəniyyət Evində, “Şvidkatso” gürcü xalq xoru isə Qax-İngiloy kənd Mədəniyyət evində fəaliyyət göstərir. 2013-ci ilin geridə qalan ayları ərzində mədəni-maarif müəssisələrində tarixi gün və bayramların keçirilməsi təmin edilib. Belə ki, 20 Yanvar faciəsinin 23-cü, Xocalı hadisələrinin 21-ci ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü mədəni-maarif müəssisələrində silsilə tədbirlərlə anılıb. Mədəniyyət və Turizm Şöbəsində və tabeliyində olan mədəniyyət müəssisələrində tədbirlər planı tərtib edilib, müəssisələrdə faciə və soyqırımları əks etdirən materiallardan ibarət guşələr, sərgilər, kitab sərgiləri təşkil olunub. Mərkəzi kitabxanada “Azadlıq yolunun 20 Yanvar zirvəsi” adlı anma mərasimi, Taxıl Məhsulları kombinatının nəzdində fəaliyyət göstərən Mədəniyyət evində kitabxana ilə birgə təşkil edilmiş “Şəhidlər heç vaxt unudulmayacaq” adlı dəyirmi masa, Heydər Əliyev muzeyində isə “20 Yanvar-qan yaddaşımız” adlı xatirə gecəsi keçirilib, S.Vurğun adına rayon Mədəniyyət evində “Qanla yazılan tarix” adlı səhnələşdirilmiş ədəbi-bədii kompozisiya göstərilib. Tədbirdə müxtəlif təşkilatların nümayəndələri, məktəblilər iştirak ediblər. Rəsm qalereyasında rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin rəsmlərindən ibarət sərgi-müsabiqə təşkil olunub. İştirakçılardan Nemətli Toğrul, Əfəndiyeva Xəyalə və Qaracayeva Gülşənin rəsmləri tamaşaçıları daha çox cəlb edib. Kənd mədəniyyət müəssisələrində də silsilə tədbirlər keçirilib. Xocalı soqırımının 21-ci ildönümü ilə əlaqədar mədəniyyət müəssislərində müxtəlif tədbirlər, kənd mədəniyyət müəssisələrində xatirə gecələri təşkil edilib. Gənclər Günü münasibətilə Gənclər kitabxanasında “Gənclər müstəqil Azərbaycanın gələcəyidir” adlı ədəbi-bədii gecə, Ləkit kənd Mədəniyyət evində “Nə qədər gözəldir gənclik illəri” adlı görüş, Mərkəzi Kitabxanada və Qaşqaçay kənd Mədəniyyət evində tələbə gənclərlə görüşlər keçirilib. Mədəniyyət müəssisələrində görkəmli şəxslərin, yazıçı və şairlərin yubileyləri, yaradıcılıq gecələrinin keçirilməsi də bir ənənə şəklini alıb. Yanvar ayından Azərbaycan kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti İsmayıl Dağıstanlının 106 illiyinə həsr olunmuş yubiley gecəsi də belə tədbirlərdəndir. Gecədə dağıstanlının yaradıcılığından bəhs edən, onun rol aldığı kino və teatr tamaşalarından ibarət video-çarx göstərilib, xatirələr söylənilib. Rayon Mədəniyyət evində Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş “Zənn elədim bəxtiyaram” adlı xatirə gecəsi də keçirilib. Novruz bayramı ərəfəsində ənənəvi olaraq mədəniyyət müəssisələrinin folklor kollektivlərinin baxış-müsabiqəsi və “Bahar qızı-2013” müsabiqəsi keçirilib. Folklor kollektivlərinin baxış-müsabiqəsində Qaşqaçay kənd Mədəniyyət evinin kollektivi I, Güllük II, Ağyazı və İlisu kənd Mədəniyyət evlərinin kollektivləri isə III yeri tutublar. “Bahar qızı” müsabiqəsində isə Ağyazı kənd Mədəniyyət evinin nümayəndəsi I, Turaclı klubunun nümayəndəsi II, İstehsalat Mədəniyyət evinin nümayəndəsi III yeri tutub. Şöbəmiz Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Novruz şənliklərində rayonumuzu layiqincə təmsil edib.
- Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində hansı işlər həyata keçirilir?
- Mədəniyyət və Turizm şöbəsi mədəni hamilik və hərbi vətənpərvərlik istiqamətində gördüyü işləri 2013-cü ərzində də davam etdiririr. Belə ki, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri ilə birgə tədbirlər planı tutulub. Həmin plana və illik iş planına uyğun olaraq tədbirlərin keçirilir. Hərbi xidmətə çağırışla bağlı mədəniyyət müəssisələrində çağırış yaşlı gənclərlə görüşlər keçirilir. Ağyazı, Cəlayer, İlisu, Almalı kənd Mədəniyyət evlərində çağırış yaşlı gənclərlə görüşlər keçirilib. Milli Qəhrəman Mübariz İbrahimovun anadan olduğu gün münasibətilə müəssisələrdə xatirə gecələri, anma mərasimləri keçirilib, sərgilər təşkil edilib, Mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar göstərilib. Heydər Əliyev Mərkəzində təşkil edilmiş sərgi və “Adına layiq igid, qəhrəman-Mübariz” adlı dəyirmi masa bu qəbildəndir. Masanın əsas iştirakçıları gənclər və məktəblilər olub. Novruz bayramı münasibətilə mədəniyyət müəssisələrinin özfəaliyyət kollektivləri rayonun sərhəd məntəqələrində olub və konsert proqramları verilib. Lələli, Qındırğa, Ağyazı, İlisu, Almalı, Qarabulaq sərhəd məntəqələrində müvafiq kənd mədəniyyət müəssisələri bayram şənliklərinin keçirilməsini təmin ediblər. Respublikamızın, o cümlədən, rayonumuzun digər müəssisə və təşkilatları ilə yanaşı, mədəni-maarif müəssisələrində də ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı müxtəlif silsilə tədbirlər keçirilib və davam etməkdədir.
- Bu tədbirlərə məktəblilər, yeniyetmələr cəlb olunurmu?
- Əvvəla qeyd edim ki, Qaxın mədəniyyət müəssisələri gənclərlə işə xüsusi diqqət ayırır. Mədəniyyət müəssisələrində yubileylə bağlı tədbirlər planı tərtib edilib, planlara müvafiq olaraq sərgilər, guşələr təşkil edilib, konfranslar, dəyirmi masalar, ədəbi-bədii gecələr, konsert proqramları keçirilib. Kitabxanalarda biblioqrafik icmal, tövsiyə ədəbiyyat siyahısı, biblioqrafik məlumatlar hazırlanıb. Heydər Əliyev Mərkəzinin əməkdaşları yubiley ərəfəsində rayonun ümumtəhsil məktəblərində şagirdlərə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən mühazirələr oxuyub, video-çarx nümayiş etdiriblər. Şagirdlərin ümummilli liderə dair biliklərinin yoxlanılması məqsədilə kiçik müsabiqə də keçiriblər. Rayon Təhsil Şöbəsi ilə bağlanılmış müqavilə əsasında reallaşan tədbirər rayonun bütün məktəblərini əhatə edib. Heydər Əliyev Mərkəzində keçirilən “Tarixin Heydər Əliyev zirvəsi” adlı dəyirmi masaya isə rayon veteranları, rayondakı məktəblilər, müəssisə və təşkilatlarda çalışan gənclər dəvət olunublar. Tədbirdə bildirilirdi ki, əsas məqsəd müxtəlif nəsildən olan iştirakçıların ulu öndərlə bağlı xatirələrini dinləmək, gənc nəsillərə onun irsini təbliğ etmək, öyrətməkdir. Tədbirdə veteranlar ulu öndərlə bağlı xatirələrini dilə gətirib, onun irsinin bugünkü gənclər üçün bir örnək olduğunu vurğulayıblar. S.Vurğun adına rayon Mədəniyyət evinin özfəaliyyət kollektivləri tərəfindən ulu öndərə həsr olunmuş musiqi və bədii qiraət nümunələrinin səsləndirilməsi tədbirə bir ahəng verib. Növbəti belə tədbir S.Vurğun adına rayon Mədəniyyət evində keçirilib. Heydər Əliyev Mərkəzi ilə birgə hazırlanmış ədəbi-bədii gecədə rayonun müxtəlif müəssisə və təşkilatlarının nümayəndələri, məktəblilər, Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. İştirakçılar öncə mədəniyyət evinin foyesində açılmış sərgi ilə tanış olublar. Sərgidə rayonun ümumtəhsil məktəblərin şagirdlərinin, rayonun sənətkarlarının əl işləri, rəsm əsərləri nümayiş etdirilib. Rayon Mədəniyyət evinin “Arzu” ansamblının üzvlərinin ifasında səslənən mahnılar, Uşaq incəsənət məktəbinin rəqs kollektivinin və şəhərin uşaq baxçalarının balaca fidanlarının ifa etdikləri rəqslər tədbirə xüsusi ahəng qatıb. Tədbirdə həmçinin ulu öndərin 90 illik yubileyi ilə bağlı Heydər Əliyev Mərkəzinin keçirdiyi şeir, əl işi və inşa yazı müsabiqəsininin qalibləri mükafatlandırılıb. Vahabzadə Qönçə əl işinə, Vəlizadə Göyçək dahi rəhbərə həsr etdiyi şeirə, Abdullazadə Fuad isə inşa yazı müsabiqəsində I yeri tutduqlarına görə Mərkəzin rəhbərliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər. Ədəbi-bədii gecədə həmçinin ümummilli liderin həyatının müxtəlif dövrlərindən bəhs edən video-çarx göstərilib. Qax rayon Dövlət Rəsm Qalereyasında şəhər məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgi müsabiqə keçirilib. Sərgidə şagirdlərin 50-dən çox əl işi nümayiş edilib. Sərgi-müsabiqə 3 gün davam edib. Üçüncü günü mükafatlandırma olub. Qalereyada təşkil edilmiş münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. İştirakçılardan İbrahimli Nazlıxanım, Qabullu Mais, Məmmədli Xədicə, Muradlı Leyla müvafiq yerləri tutmuş, sərginin mükafatlarına layiq görülüblər. Kənd mədəniyyət müəsisələrində də yubileylə bağlı tədbirlərin keçirilməsi təmin edilib. Qax rayon Mərkəzi kitabxanasında dövlət başçısının sərəncamına müvafiq olaraq görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş anma mərasimi də keçirilib.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info