Karateçimiz Bolqarıstanda gümüş medal qazanıb
Tarix: 28.05.2018 | Saat: 19:01:00 | E-mail | Çapa göndər



Bolqarıstanın paytaxtı Sofiyada Dünya Karate Federasiyasının (WKF) gənclər arasında ilk liqa turniri keçirilib. Yarışda iştirak edən milli komandamızın üzvü Polina Hurenko (59 kq) turnirin gümüş medalına sahib olub.

AZƏRTAC xəbər verir ki, finaladək beş görüşdə xal buraxmayan ukraynalı legioner Asiya çempionu, yaponiyalı Rufi Fujita ilə həlledici görüşdə qələbəyə yaxın olsa da, qarşılaşmanın sonuna yaxın zədələnərək döyüşü dayandırmalı olub. Gümüş medalla yanaşı, ikiqat Avropa çempionu P.Hurenko oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xallarını artırmağa müvəffəq olub.
Yarışa yollanan digər 9 idmançımız mükafatsız qalıb. Sofiyada gənclər liqasında rekord sayda 72 ölkədən 1878 karateçi mübarizə aparıb. İdmançılarımız turnirdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak ediblər.
Yeniyetmələrin Yay Olimpiadasına lisenziya xalları qazandıran növbəti mötəbər yarış iyunun axırı Xorvatiyada keçiriləcək. İdmançılarımız səfərdən qayıtdıqdan sonra növbəti lisenziya turnirinə hazırlığı davam etdirəcəklər.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Əliyar Ağayev Polşa – Latviya oyununa təyinat alıb
23.03.2019
PSJ Ander Herreranı transfer edir
23.03.2019
Rafael Varan “Real“dan yayda ayrılmaq istədiyini söyləyib
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info