Makronun “eyham”ı erməniləri niyə qorxudur?
Tarix: 28.05.2018 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Deyəsən, Ermənistan rəhbərlərinin kürkünə yenidən birə düşüb. Belə ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan sonra Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidentinə göndərdiyi təbrik teleqramında Qarabag münaqişəsinə diqqət ayırması Ermənistanda birtərəfli qarşılanmayıb: “Ölkələrimiz arasında bütün sahələrdə əlaqələri möhkəmləndirməkdə qətiyyətli olduğuma Sizi əmin etmək istərdim. Azərbaycan gələcək çağırışların həllində və Avropa İttifaqı ilə yaxınlaşmanın davam etdirilməsində daim Fransanın dəstəyinə arxalana bilər Eyni zamanda, icazə verin, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, ədalətli və dayanıqlı həlli yolunun nəhayət tapılması üçün Minsk Qrupunun həmsədri kimi Fransanın bütün səylərini əsirgəməyəcəyini bir daha vurğulayım”. Bunları Makron Azərbaycan Prezidentinə AXC-nin 100 illiyi ilə baglı göndərdiyi təbrik teleqramında yazıb. Məhz bu cümlələrə istinad edən ermənilərin “1in.am” saytı “Makron bunları deməklə nəyə eyham vurur, Qarabağ probleminda yeni bir intriqayamı?”-deyə soruşur.
Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Bakıda səfərdə oldduğunu, status-kvonun Qarabağ münaqişəsinin həlli olmadığını və "ümid edirik ki, yaxın aylarda bu münaqişəni həlli üçün aktiv fəaliyyətə başlayacaq”-deməsi ermənilərə lap od qoyub. Od qoyub demək, bəlkə də azdır. Çünki erməniləri qorxudan həm Trampın, həm də Makronun mesajlarındakı qarşılıqlı əlaqələrin olmasıdır. Bir də unutmaq lazım deyil ki, bu mesaşları Qarabag münaqişəsinin həllinə vasitəçilik edən ölkələrin birinci şəxsləri verirlər.
Maraqlıdır ki, erməni xislətimi, yalanımı, yaltaqlığımı burada da özünü büruzə verməkdədir. İlk olaraq onlar Ermənistandakı hakimiyyət dəyişikliyini xatırladaraq, İrəvanın yeni mövqeləri ilə tanış olmaq üçün vaxt lazım olduıunu bildirirlər. Digər tərəfdən ermənilər Fransa xarici işlər nazirinin status-kvo barədə bəyanatını son dərəcə “nisbi” kimi dəyərləndirirlər: “Yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivi yoxdur, çünki Ermənistan və Azərbaycan rəhbərlərinin ən azı ardıcıl görüşlərini döndərə bilən mexanizmlər də görünmür”-yazan sayt Fransa xarici işlər nazirinin “status-kvo Dağlıq Qarabağ münaqişəsinin həlli deyil” söyləməsini də “görünür o, münaqişələrin idarə edilməsini dəyişdirməyə ehtiyac olduğunu göstərir”-kimi “yozur”. Sayt daha sonra: “hazırda bu rol Rusiyaya verilib və Rusiya bu gün də tam militarizasiya hesabına öz təsirini saxlayır”-deyə bildirir.
Qeyd edim ki, burada militarizasiya siyasəti hərbi qüvvənin gücləndirilməsinə yönəlmiş siyasət kimi başa düşülməlidir. Deyəsən, ermənilər bunları deməklə yenidən Rusiyadan nəsə dilənmək istəyirlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info