Paşinyan sonunu yaxınlaşdırır?
Tarix: 28.05.2018 | Saat: 23:59:00 | E-mail | Çapa göndər



Mayın 28-ni Ermənistan da Respublika günü kimi qeyd edib. Lakin necə? Hər şeydən əvvəl xatırladaq ki, Respublika günü ilə baglı keçirilən tədbirə parlament sədri Ara Babloyan qatılmayıb. Səbəb isə çox adidir, sadəcə, dəvət olunmayıb. Ermənilərin “Aysor.am” saytına danışan Babloyan bunları deyib: “Əvvəlki illərdə protokola əsasən ölkə parlamenti bütün heyətlə belə tədbirlərə dəvət alırdı. Bu il isə bir başqa yanaşma oldu. Belə ki, parlament orqanlarının rəhbərləri kimi, daimi komitə sədrləri də tədbirə dəvət olunmadılar. Bundan başqa, həm vitse-spikerlər, həm də parlament sədri kimi mən belə rəsmi tədbirdən kənarda qalmışıq. Tədbirə Respublikaçı Partiyası fraksiyasının yalnız üç deputatı dəvət olunub”.
Bu günə qədər Ermənistanda keçirilən bütün tədbirlərin üçlük- Ermənistan prezidenti, Parlament sədri və Baş nazirin iştirakı ilə keçirildiyini xatırladan Babloyan Paşinyanın bu addımını özünə və həmkarlarına qarşı qeyri-adekvat rəftar, hprmərsizlik kimi dəyərləndirib.
“Mayın 28-i ermənilərin milli bayramıdır, amma qanunvericilik orqanları rəhbərlərinin belə bir tədbirə dəvət etməməyi absurd hesab edirəm”. Bu fikirləri isə “News.am” saytına verdiyi açıqlamada Respublikaçı Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib. O, deputatların tədbirə dəvət edilməməsini utancverici bir hal kimi dəyərləndirib. Onun cözlərinə görə, burada söhbət partiya təmsilçiliyindən deyil, qanunverici və icra hakimiyyəti arasındakı əlaqədən gedir: “Bu gün ölkədə hakimiyyət şöbələri müstəqildir, heç kim heç birinə bağlı deyil. Bundan başqa, qanunvericilik orqanı icra hakimiyyətinin başçısını seçir və o hökumətə nəzarət edir. Məhz bəlkə də elə bunun nəticəsidir ki, hakimiyyət belə bir utançverici, antidemokratik addım atıb. Bu, Paşinyan hökumətinin hansı yolla getdiyini və bundan sonra da gedəcəyini bir daha ortaya qoyur. Bunula bağlı biz hökumətdən cavabını gözləyirik”-deyə Şarmazanov bildirib.
“Bu gün Ermənistan hakimiyyəti, onun icra şöbələri güclərin ayrılmasına hörmət etməlidir. Biz bir-birimizi sevməyə bilərik, amma biri-birimizə hörmət etməliyik. Nikol Paşinyan məni ailə tədbirinə dəvət etməyə bilər, amma ümummilli bir hadisədə məni və həmkarlarımı bu tədbirə dəvət etməyə borcludur”.
Təbii ki, Şarmazanovun səsləndirdiyi bu fıkirlər artıq Ermənistanda Paşinyan hökumətinə qarşı narazılıqların təşəkkül tapmasından xəbər verir. Qeyd edilməlidir ki, o qədər ideal bi şəxs kimi dəyərləndirilməyən Şarmazanovun bu narazılığını partiyadaxili narazılıq kimi də qəbul etmək olardı. Lakin unutmaq lazım deyil ki, Nikol Paşinyanın son günlərdəki səbatsız çıxışları onun o qədər də ümidverici olmayan gələcəyindən xəbər verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info