Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanı təbrik ediblər
Tarix: 29.05.2018 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri AZƏRTAC-ın müxbiri ilə söhbətdə Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 100 illiyi münasibətilə Azərbaycanı təbrik ediblər.
RF Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov:
-Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini sanballı nailiyyətlərlə qarşılayır. Bu əlamətdar tarix münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik etmək, onlara sülh və firavanlıq diləmək istəyirəm.
RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy:
-Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilk növbədə Azərbaycan xalqının və Azərbaycan dövlətinin bayramıdır. Lakin sizi inandırıram, bu həm də Azərbaycanın Rusiyadakı bütün dostlarının bayramıdır. Rusiya üçün Azərbaycan yaxın, dost, qardaş ölkədir. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olması faktı və İlham Əliyevin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirməsi faktı bizim ortaq tariximizin çox mühüm məqamlarıdır. Biz Heydər Əliyevin xatirəsinə böyük ehtiram bəsləyirik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirəm, onlara əmin-amanlıq və firavanlıq diləyirəm.
Jurnalist, “Pəncərədən düşən işıq” filminin rejissoru Oleq Şommer:
-Azərbaycanın ilk dəfə müstəqilik əldə etməsindən 100 il keçir. Bu, böyük tarixdir. Azərbaycanın keçdiyi yol gələcəyə, sabaha yönəlmiş yoldur. Sabahkı günümüzü biz artıq bu gün görürük. Görürük ki, bu ölkə yaşayacaq və firavanlaşacaq. Ötən 100 il buna sübutdur. Birinci Azərbaycan Xalq Cümhuriyyəti bu gün Azərbaycanın fəxr edə biləcəyi dəyərlərin təməlini qoyub. Mən hər dəfə Bakıya gələndə özüm üçün nə isə bir yenilik kəşf edirəm. Mənim ilk səfərlərimdə bu yeniliklər Bakının arxitekturası, baxdıqca doymaq olmayan gözəlliyi idi. Mən insanlarla tanış olduqca başa düşdüm ki, azərbaycanlılar olduqca səmimi, xeyirxah, qonaqpərvər insanlardır. Onlarla yaxından tanış olduqca bu xalqın ruhunu daha artıq dərəcədə hiss edirəm. Bu, mənim üçün hər şeydən vacibdir. Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə təbrik edirəm, Azərbaycanı və bu böyük xalqı bütün varlığımla sevirəm.
Rusiyanın Əməkdar artisti Aleksandr Oleşko:
-Qonaqpərvər və səmimi Azərbaycan xalqını səmimi qəlbdən Respublika günü münasibətilə təbrik edirəm. Mən Azərbaycanda dəfələrlə olmuşam, orada inanılmaz dəyişikliklər baş verdiyini görmüşəm. Aeroportdan şəhərə gedərkən yolda dostlarıma zəng vurmuşam və demişəm ki, bu, nağıla bənzəyir, mən heç bir yerdə aeroportdan şəhərə gedən belə yol görməmişəm. Şəhərin özünə tamaşa edəndə isə onun necə dəyişdiyini gördüm. Sizin hamınıza dostluq, uzun ömür, ən müxtəlif istiqamətlərdə inkişaf arzu etmək istərdim. Bir artist kimi mənə göstərilən diqqətə görə Azərbaycana təşəkkür edirəm. Mənim evimdə iki ədəd 100 yaşlı Azərbaycan xalçası var. Onları Bakıda almışam və indi Azərbaycanın bir hissəsi mənim mənzilimdədir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info