Ermənistan tarixi saxtalaşdırmaqda davam edir
Tarix: 29.05.2018 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


“Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Prezident Administrasiyasının bölmə müdiri, politoloq Fuad Axundov və Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. Tədbirdə 1918-ci il mayın 29-da İrəvan şəhərinin Ararat (Ermənistan) Respublikasının paytaxtı üçün verilməsinin faciəli nəticələrindən danışılıb. Fuad Axundov və Rizvan Hüseynov Azərbaycanın əzəli torpaqlarında Ermənistan dövlətinin yaranma tarixindən, azərbaycanlı əhalinin məruz qaldığı etnik təmizləmədən söz açıblar. Onlar, həmçinin Ermənistan hökumətinin bu torpaqların, guya, heç vaxt Azərbaycana məxsus olmaması barədə dünya ictimaiyyətini inandırmağa çalışdığı saxtalaşdırma metodlarından, o cümlədən tarixi abidələrin dağıdılmasından, arxivlərin məhv edilməsindən, yalançı elmi nəşrlərin buraxılmasından və s. bəhs ediblər. Sonra jurnalistlərin sualları cavablandırılıb. Tədbirdə, həmçinin İrəvan qalasının dağılmasından sonra Tbilisiyə aparılmış və hazırda Gürcüstan Milli Muzeyində saxlanılan qalanın orta əsr tikililərinin və artefaktların XIX əsrdə çəkilmiş unikal fotoşəkilləri nümayiş etdirilib, Qafqaz Tarixi Mərkəzinin bir neçə il bu mədəni irsi araşdırdığı diqqətə çatdırılıb. İrəvan xanlarının əşyaları, bayraqları, mebelləri və zinət əşyalarının fotoşəkilləri, habelə xanlığın indi dağılmış vəziyyətdə olan sarayından möhtəşəm portretlər də təqdim olunub. Rus fotoqrafiyasının pioneri, şərqşünas D.İ.Yermakovun (1845-1916) çəkmiş olduğu fotoşəkillər də sərgilənib. Qeyd edək ki, aşkar edilmiş fotoşəkillər və artefaktlara istinadən “Arxiv materialları və qədim fotoşəkillər əsasında Yerevanın (İrəvanın) tarixi mərkəzi” kitab-fotoalbomu nəşrə hazırlanıb. Nəşrdə Azərbaycanın İrəvan xanlığı hökmdarının orta əsr sarayının timsalında Azərbaycan mədəni irsinin Ermənistanda məhv edilməsi prosesi göstərilib. Hazırda xarabalığa çevrilmiş İrəvanın tarixi mərkəzində ümumilikdə 800 bina – məscidlər, saraylar, karvansaralar, hamamlar və digər ictimai tikililər yerləşirdi. Kitab-fotoalbom Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyi tərəfindən hazırlanıb. Layihənin müəllifi Fuad Axundov, tərtibatçısı Rizvan Hüseynov, məsləhətçisi Elbrus Məmmədovdur. Nəşrin hazırlanması Gürcüstan Milli Muzeyinin direktoru, professor David Lordkipanidze və muzeyin baş kuratoru, professor Eldar Nadirzadənin köməyilə həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
“Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır”
14.08.2018
TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
14.08.2018
“Dollar böhranı“ndan da uğurla çıxacağıq”
14.08.2018
Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq
13.08.2018
“Konvensiya xoş məram, etimad, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9854

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info