Hər il təxminən beş milyon nəfər ilanların hücumuna məruz qalır
Tarix: 30.05.2018 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Hər il yer kürəsində ilan dişləməsi nəticəsində 138 min nəfər həyatını itirir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində 5,4 milyon nəfər ilanların hücumuna məruz qalır. Onlardan orta hesabla 13,8 min nəfəri vəfat edir, 400 mini həmişəlik əlil olur.
İlanlarla əlaqədar bu statistika ondan qorunmağı da zəruriliyini gündəmə gətirir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya institutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov məlumat verib: “Digər fauna növləri kimi ilanların da təbiət üçün öz əhəmiyyəti var. Bir çox heyvan növləri kimi İlanlar da xırda məməlilər, siçankimilər, quş və quş balaları, kərtənkələlər, ilanlar və qurbağaları yeməklə onların təbiətdə sayının tənzimlənməsində iştirak edir. Onların yem ehtiyatları sırasında əsas yeri xəstəlik törədən və ya yayan, zərərverici siçan və siçovullar tutur. Həmin gəmiricilərin sayca artması həm də ilanların azalması ilə əlaqələndirlir.
İnsanlar arasında ilanlara qarşı neqativ münasibət var. Onlarla rastlaşan hər kəs qeyri-ixtiyari qorxu hissi keçirir, narahat olur. Lakin ilanların heç də hamısı deyil. Yalnız mükəmməl zəhər aparatı olan, öz şikarlarını zəhərli dişləri ilə sancıb zərər yeritməklə öldürən ilanlar insan üçün təhlükə yarada bilər. Azərbaycanda olan 28 növ ilandan yalnız 6 növü zəhərlidir və onlardan yalnız Levant gürzəsi adlandırılan iri aran gürzəsi geniş yayılıb. Ona enliyarpaq dağ meşələri, yüksək dağlıq ərazilər və Talış zonasından başqa ölkəmizin bütün isti və quraq düzənliklərində, dağətəyi çöllüklərdə rast gəlinir. Levant gürzəsinin uzunluğu quyruğu ilə birlikdə 2-2,2 metrədək olur. Lakin ölkəmizdə uzunluğu 90-100 santimetr olan gürzələrə də rast gəlmək mümkündür. Digər 5 növ xırda ölçülü dağ gürzələrinə çox məhdud ərazilərdə, həm də hallarda nadir rast gəlinir”.
Bioloq-alim ilanla rastlaşanda qorxu və narahatlıq hiss olduğunu da etiraf edib: “İlanlardan qorunmağın iki yolu var. Birincisi, təbii yoldur. Qışlamadan yenicə çıxmış ilanlar apreldən başlayaraq iyunun ortalarına kimi torpaq hələ qızmar olmadığı üçün sutka ərzində fəal olur, yemlənmə və çoxalma məqsədilə ətraf ərazilərə səpələnirlər. İlanlar qidalandıqları heyvan növləri olan ərazini tapır, şikarını tutmaq üçün pusqu qurur. Təsadüfən həmin yerdən keçəndə təhlükə hiss etdiyinə görə sanca bilər.
İlanlar yayın isti vaxtlarında sərinlənmək, soyuq vaxtlarda qızınmaq üçün isti yer-siçan yuvaları, otluq, kol-kos dibi, daş-kəsək altı, hasar və divarlarda olan boşluqlar, yığılmış əşya və tullantılar axtarır. Həmin yerlər ilana, həm də yumurta qoymaq üçün lazımdır. Ona görə də ilandan qorunmağın ən etibarlı yolu ərazidə ilan üçün münbit və əlverişli şərait yaratmamaqdır. İlk növbədə ərazini təmiz və səliqəli saxlamaq, otu, kol-kosu biçmək, siçan-siçovul və quş yuvalarını ləğv etmək lazımdır”.
Bioloq-alim zəhərli ilanlardan qorunmaq üsulları haqqında məlumat verərək deyib: “Bu sahədə digər bir yol ilan keçməsi mümkün olan yerləri xüsusi kəskin qoxulu maye, toz və ya dənəvər formada olan ilanqovucu preparatlarla işləməkdir. Həmin preparatlar zəhərli olmayan, ərazini ekoloji çirkləndirməyən kəskin qoxulu kimyəvi qarışıqlar, maddələr olmalıdır, onların köməyi ilə ilanları ərazidən qovmaq ilanın kəskin iy və qoxulara qarşı həssas olmasına əsaslanır. İy və qoxu müvəqqəti, keçici olduğu üçün, təbii ki, bir neçə günə preparatın qoxusu çəkilib gedir. Məhz bu səbəbdən qoxulu preparatlarla işləmə hər 7-10 gündən bir təkrarlanmalıdır. Digər tərəfdən, ilan təkrarlanan eyni iyə öyrəşə də bilir və buna görə təkrar olaraq uzun müddət fasiləsiz tətbiq edilən preparatın səmərəsi olmur. Ona görə də qoxulu preparatlardan istifadə etməklə ilanlardan tam qorunmanı təmin etmək mümkün deyil.
Kəskin qoxulu toz və may şəklində nə varsa onların hamısından istifadə etmək mümkündür. Məsələn, kükürd tozu ilə naftalin həbləri, yaxud istiot yağı ilə darçın yağını qarışdırıb zolaq şəklində tökmək, habelə maz və digər qoxulu vasitələrdən istifadə etmək olar. Bəzi hallarda solyarka, kerosin və benzindən də istifadə edilməsi mümkündür. Lakin qeyd etmək lazımdır ki, onlardan istifadə etmək yanğın təhlükəsi yarada bilər”.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bəzi ölkələrdə vəhşi heyvanların sirkdə çıxışı qadağandır, bəs Bakı sirkində?
24.09.2018
Yaponiya şirkətləri plastiklərə alternativ hazırlayır
22.09.2018
Alkoqol dünyada hər il 3 milyon insanın həyatına son qoyur
18.09.2018
Aya uçacaq ilk turist o oldu - 42 yaşlı milyarder kimdir?
17.09.2018
Britaniyalı alimlər “ağıllı şalvar“ hazırlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info