Uşaqlar ilk 5 aylarında ana dilini həmişəlik yadda saxlayırlar
Tarix: 30.05.2018 | Saat: 13:14:00 | E-mail | Çapa göndər


Cənubi Koreya universitetinin mütəxəssisləri tərəfindən aparılan tədqiqata görə, hətta insan uşaq yaşlarından başqa bir ölkəyə köçsə və dilini unutsa belə o, ana dilinin dərinliklərini gizlincə qoruyub saxlayır.
Tədqiqatda Cənubi Koreyadan övladlığa götürülmüş amma hollandca danışan böyük insanlar iştirak edib. Onlar koreya dilini bilməsələr belə, bu dildəki sözləri tələffüz etmək bacarığını qoruyub saxlayıbar.
Burdan yola çıxan alimlər bu qənaətə gəliblər ki, valideynlər uşaqlarıyla doğulan gündən danışmağa başlamalıdırlar.
"Tədqiqatın yekun nəticələrinə görə uşaqlar vacib dil biliklərini ilk 5 ayında alırlar. Bu bilikləri uzun illər sonra əlavə səy göstərmədən dilin öyrənilməsi prosesində bərpa etmək mümkündür. Daha dəqiq desək bu cür insanlara yeni dili öyrənmək yetərincə asan olacaq", -deyə tədqiqatın rəhbəri Ciun Çou bildirib.
Alimlər iki qrup hollandlı arasında - ölkədə doğulub böyüyən və körpəlikdən övladlığa götürülən hollandlar arasında dil testi keçiriblər.
Məlum olub ki, 6 aylığında övladlığa götürülən uşaqlar öz həmyaşıdlarından fəqrli olaraq onlara tanış olmayan dildəki sözləri düzgün tələffüz edirlər. Hollandiyada doğulanların tələffüzündə isə holland dilinin təsiri özünü göstərib.
Tədqiqat göstərir ki, yeni doğulmuş körpələrlə ilk gündən danışmaq vacibdir
Maraqlıdır ki, alimlər ilk aylarında övladlığa götürülən uşaqla daha boyük yaşda övladlıq edilən uşağın tələffüzü arasında incə fərqi belə hiss etməyiblər .
Tədqiqatçıların baxışına görə dil biliyi mücərrəd xarakter daşıyır və təcrübədən asıl deyildir.
"Yadda saxlayın ki, dilin öyrənilməsi prosesi uşağın ilk aylarında başlayır və faydalı dil bilikləri də bu zaman mənimsənir. Körpənizlə daha çox danışmağa çalışın, çünki onlar sizin dediklərinizi eşidirlər və mənimsəyirlər" -deyə Ciun Çou valideynlərə belə məsləhət verib.
Dil öyrənmək prosesi çox erkən, uşaq ana bətnində olarkən başlayır. Uşaq doğulan zaman artıq anasının səsi tanıyır. Ana dilində danışmağın və anlamağın əsasının kiçik yaşlarından qoyulduğu alimlərə çoxdan məlum olsa da, onlar ana dilinin mənimsənilməsinin mücərrəd olmasından bixəbər idilər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Yemiş yeyəndə tumlarını atmayın
22.06.2018
İllik gəliri milyonları keçən tanınmış həkimlər
21.06.2018
İnsan nəfəsindən xəstəlikləri müəyyən etmək olacaq
21.06.2018
Yemək yeyərkən bunları etməyin!
21.06.2018
Videooyunlardan asılılıq xəstəliklər siyahısına daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9450

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 Putin Paşinyanı alçaldıb
4 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
5 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info