«ArmenianReport»: “İsrail dövləti Ermənistana qarşı heç vaxt səmimi münasibətdə olmayıb”
Tarix: 30.05.2018 | Saat: 16:34:00 | E-mail | Çapa göndər


Saytın yazdığına görə, “erməni soyqırımı”nın tanınmamasında İsraildəki Azərbaycan diasporunun böyük rolu var

«Təbii egoizm, siyasət, həm də türklərlə körpüləri yandırmaq istəməmələri İsrail parlamentarilərinin ağlı üzərində üstünlük təşkil etdi». Bunu ermənilər yazırlar. Onlar Türkiyə ilə İsrail arasındakı son yaşantılardan sonra çox ümidli idilər. Lakin İsrail parlamenti- Knesset yenə ermənilərin ümidlərini gözündə qoydu:«İsrail bir daha bizə nə dost, nə də düşmən olduğunu, sadəcə olaraq sübut etdi». Ermənistanın «ArmenianReport» saytında yer alan yazı saytın təəssüfü kimi təqdim edilib. Ermənilərin türklər tərəfindən “genosidə” məruz qaldığını xatırladan sayt, nədənsə, ötən əsrin əvvəllərində təkcə Azərbaycanda 3 mindən artıq yəhudini qətlə yetirdiklərini unudurlar.
Başqa bir önəmli məsələ isə budur ki, onlar «soyqrım»ın İsrail parlamentində tanınmamasının bir günahını da Azərbaycanın bu ölkədəki diasporunda görürlər: «Onlar (Azərbaycan və türk diasporu-A.B.) həmişə ayıq İsrail siyasətçiləri və deputatlarını erməni soyqırımını tanımaması üçün bütün cəhdləri göstərirlər».

Qeyd edilməlidir ki, əvvəlki illərdən fərqli olaraq, bu dəfə «soyqırım»ın parlamentin gündəliyinə salınmasına İsrail dövlətinin mane olmaması artıq ermənilərdə «qələbə» əhvali- ruhiyyəsi yaratmışdı. İndi İsrailin Ermənistana yaxınlaşmasının vacibliyini bildirən erməni saytı, «soyqrım»ın tanınmamasının səbəblərindən birini də İrəvanın qonşu İranla yaxınlaşmasında görür. Sayt yazır: «Bu dəfə də, türklər ilə köprüləri tamamilə yandırmaq istəməmələri, nəhayət, ağıldan üstün oldu. Knessetin gündəmindən «erməni soyqırımı»nın tanınması məsələsini çıxarmaq üçün hər şeyi etmiş Liberman kimi siyasətçilər hələ daha çox şey etməyə çalışdılar. Bundan əlavə, yenə də yəhudilərdə təbii egoizm və "soyqırım" anlayışını monopolizə etmək arzusu qələbə çaldı. Bir çox israillilər, şübhəsiz ki, Xolokost soyqrımının görünməmiş olduğunu söyləyirlər. Onlar bununla, sanki, «erməni soyqırımı»nın yəhudi soyqırımı ilə müqayisə edilə biləməzliyni çatdırmaq istəyirlər”.
Ermənilərin iddiasına görə, yəhudilər onların “ağrılarına, arzularına, «tarixi ədalətin»in zəfər çalmasına tüpürdülər:”Ancaq onlar bütün bunları inkar etməklə, bizi təhqir etdiklərini düşünürlərsə, dərindən səhv edirlər. Biz həmişə onların özlərini necə təmsil etdiklərini başa düşmüşük. Lakin ötən həftə bütün ermənilərin ruhlarının dərinliyində İsrailin «erməni soyqırımı»nı tanıyacağına ümid vardı. Lakin onların son hərəkəti bizdə başqa bir çıxış yolu qoymadı. Beləliklə, biz İsraillə bağlı illüziyalara son qoyub, nə olursa olsun, Ərəb dünyası, İranla münasibətlərimizi daha da gücləndirmək üçün fəaliyyətə keçməliyik. Biz, İsrail dövlətinin Ermənistana qarşı heç vaxt səmimi münasibətdə olmadığını da unutmamalıyıq».
Daha sonra «yaxın qonşunun uzaq bir qardaşdan daha yaxşı olduğunu» söyləyən sayt, İsrailin simasında «qohumdan» daha çox yad bir dövlət gördüyünü yazır: «Onlar bizə nə dost nə də düşməndirlər. Bütün gözləntilərimiz əbəsmiş. Bundan əlavə, İsrailin «erməni soyqırımı»nı tanıması üçün belə bir əhəmiyyətli qonşu -İranla münasibətləri pozmağa dəyərmi?».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info