“TAP layihəsi üzrə işlərin 73 faizi icra olunub”
Tarix: 31.05.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsi üzrə işlərin 73 faizi icra edilib. Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TAP-ın prezidenti Valter Peeraer deyib. “TAP qaz boru kəmərinin inşası üzrə işlər qrafik üzrə gedir. Biz plan üzrə bütün işlərimizi uğurla davam etdiririk. İki il əvvəl başladığımız layihə boru kəmərinin keçdiyi bütün ölkələrdə - Albaniya, İtaliya və Yunanıstan ərazisində uğurla icra olunur. Demək olar ki, işlərin 73 faizi icra edilib” - deyə TAP-ın prezidenti qeyd edib. V.Peeraer bildirib ki, Albaniya və Yunanıstan ərazisində TAP layihəsinin icrası da uğurla davam etdirilir. Hər iki dövlətin hökumətləri tərəfindən bu istiqamətdə görülən işləri yüksək qiymətləndiririk. TAP boru kəmərinin Adriatik dənizindən keçəcək hissəsinin tikintisinə dair suala cavabında isə Valter Peeraer deyib ki, layihənin bu seqmenti 2019-cu ilədək sona çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info