Azərbaycanı zəngin incəsənəti sayəsində tanımışam
Tarix: 31.05.2018 | Saat: 13:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın milli bayramında artıq 6-cı dəfədir iştirak edirəm. Həmişə bu bayramlar yüksək səviyyədə qeyd olunur. Azərbaycanı zəngin incəsənəti sayəsində, daha dəqiq desəm, Parisdə təşkil olunmuş “Bakıya uçuş” (“Fly to Baku”) sərgisi vasitəsi ilə tanımışam. Sərgi Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirirdi.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Parisdə keçirilən tədbirdə kolleksioner və mesenat Vali Tomas-Hermes deyib.
Qeyd edib ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi bütün tədbirlərdə, xüsusilə də mədəniyyət tədbirlərində iştirak edir.
Kolleksioner Əməkdar Rəssam Adil Rüstəmovun əsərlərindən ibarət sərgidə nümayiş olunan əsərlərin son dərəcə maraqlı və gözəl olduğunu vurğulayıb. “Əsərlərdən biri mənim diqqətimi xüsusilə cəlb etdi. Müharibə səhnəsi olan əsər Xocalı soyqırımını əks etdirirdi. Rəssamı tanımıram, onunla rastlaşmamışam. Adətən, rəssamları daha çox əsərləri vasitəsi ilə tanımağa üstünlük verirəm. Fonu qızıllı rəngdə olan əsəri görən kimi o, mənə Xocalı qırğınını xatırlatdı”, - deyə Vali Tomas-Hermes bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
“Ölkədə axan qanın dayandırılması üçün hələ də imkan var“
23.05.2019
“Amnesty International” təşkilatının qərəzli çağırışlarının heç bir əsası yoxdur
21.05.2019
Azərbaycan təhsil sistemində idarəetmə texnologiyalarının tətbiqi zəruridir
21.05.2019
“Mxitaryan, axı sən nə istəyirsən?”
20.05.2019
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info