Xalça Muzeyi beynəlxalq əlaqələrini genişləndirir
Tarix: 31.05.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi bağlayıb. Sazişi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Sedov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova imzalayıblar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, saziş çərçivəsində Azərbaycanın Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılan qədim mədəniyyət və incəsənət abidələrinin, eləcə də zərgərlik məmulatlarının, qədim xalçaların və digər maddi mədəniyyət nümunələrinin elmi tərəfdən araşdırılması həyata keçiriləcək. Həmin eksponatların Azərbaycanın maddi-mədəni irsinin nümunələri olaraq tanıdılması istiqamətində işlər görüləcək.
Muzeylərarası əməkdaşlıq sazişi nəticəsində maraqlı layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə 2016-cı ildən başlayaraq danışıqlar aparıldığını deyib. Bildirib ki, sözügedən muzey dünyada tanınmış muzeylərdən biridir.
“Zəngin kolleksiyası ilə məşhur olan bu muzeydə tanınmış rəssamların, o cümlədən məşhur Azərbaycan rəssamlarının əsərləri, həmçinin Azərbaycana aid sənət əsərləri, incəsənət nümunələri, xalça və xalça məmulatları sərgilənir. Muzeydə xalqımızın maddi-mədəni irsinə məxsus olan çoxlu qiymətli eksponatlar saxlanılır. Həmin eksponatların atribusiyası, ikitərəfli sərgilərin təşkili, elmi araşdırmaların aparılması, zəngin və gözəl kolleksiyanın tədqiqi mədəniyyətimiz üçün çox böyük addım olacaq”, – deyə Ş.Məlikova söyləyib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Bu, “Nəsimi ili” ilinə ən böyük töhfə olar”
17.01.2019
Ankarada “Nazim Hikmət Azərbaycan ədəbiyyatında” mövzusunda tədbir keçirilib
17.01.2019
Xalq rəssamı Fazil Nəcəfov haqqında film çəkilib
17.01.2019
“Kafalar karışıq” türk komediya filminin nümayişi olub
17.01.2019
Mən aktrisa olmaq üçün dünyaya gəldim..

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Dərslər təxirə salındı
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info