Suriyanın Gürcüstandakı separatçı rejimləri tanıması Ermənistana zərbədir
Tarix: 01.06.2018 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


Bu situasiya Abaşidze-Karsin görüşünü nəticəsiz edəcək. Deməli, Ermənistanın böyük canfəşanlıq göstərdiyi və Rusiya ilə birbaşa əlaqəsini təmin edəcək Abxaziya dəmir yolunun istifadəyə verilməsi məsələsi gündəmdən çıxır
Suriyanın Gürcüstan ərazisində yaradılan iki separatçı rejimi Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması Tbilisidə böyük narazılıqla qarşılanıb. Ərazisində böyük müharibə gedən, infrastrukturu yerlə-yeksan olan, 3 milyondan çox əhalisi təkcə Türkiyədə məskunlaşan, onlarla dövlətin hərbçisinin, zirehli texnikasının cəmləşdiyi, terror təşkilatlarının sərbəst fəaliyyət göstərdiyi Suriyanın dövlət kimi de-fakto mövcudluğu şübhəlidir. Belə bir vəziyyətdə olan ölkənin yadına Gürcüstanın iki separatçı rejimini müstəqil dövlət kimi tanımaq məsələsinin düşməsi qeyri-ciddi qəbul edilir. Deməli, burada Rusiya amili dayanır. Rəsmi Dəməşq məhz Moskvanın istəyi ilə separatçı rejimləri tanıyıb. Bu məsələ elə bir vaxtda gündəmə gəldi ki, Gürcüstanda Rusiya ilə münasibətləri yumşaltmaq istəyən qüvvələr çətin vəziyyətə düşdülər. Çünki Gürcüstan dövlət başçısının xüsusi nümayəndəsi olan Abaşidze ilə Rusiya xarici işlər nazirinin müavini Karasin arasında artıq neçə müddətdir ki, danışıqlar keçirilir. Bu danışıqlar Azərbaycanda da böyük diqqətlə izlənilir. Məsələ ondadır ki, həmin danışıqların tərkib hissəsi kimi Abxaziya dəmir yolunun açılması məsələsi də müzakirə edilir. Artıq müəyyən razılıqlar var və arada qurulacaq məntəqələrdə nəzarət işini İsveçrə şirkəti həyata keçirməlidir. Bu müzakirələr Gürcüstanda Rusiya ilə yaxınlaşma tərəfdarlarının “əlini” xeyli gücləndirmişdi. Bir neçə ay əvvəl - müzakirənin qızğın çağında Ermənistanın ovaxtkı prezidenti Sarkisyanın Tbilisiyə təcili səfər etməsi də Abxaziya dəmir yolu ilə bağlı idi. Qəribədir ki, Abaşidze-Karasin görüşü və Suriyanın iki separatçı rejimi tanıması fonunda Ermənistanın indiki baş naziri Paşinyan da Tbilisiyə səfər etdi. Bu situasiya Gürcüstanda Rusiyanı düşmən kimi qəbul edənlərin üstünlük əldə etməsinə səbəb olub. Bundan sonra Rusiya ilə yaxınlaşma haqqında danışmaq asan olmayacaq. Bu isə onunla nəticələnə bilər ki, Abaşidze-Karsin görüşü nəticəsiz qalacaq. Deməli, Ermənistanın böyük canfəşanlıq göstərdiyi və Rusiya ilə birbaşa əlaqəsini təmin edəcək Abxaziya dəmir yolunun istifadəyə verilməsi məsələsi gündəmdən çıxacaq. Artıq rəsmi Tbilisi Suriya ilə diplomatik əlaqələri dayandırıb. Gürcü hakimiyyət nümayəndələri etiraf edirlər ki, Dəməşq bu qərarı Moskvanın tələbi ilə qəbul edib. Suriya mənbələri qeyd edir ki, bu addımı terrorçulara qarşı mübarizədə onlara böyük yardım göstərən Rusiya ilə həmrəylik məqsədi ilə atıblar. Beləliklə, Rusiya, Nikaraqua, Venesuela və Naurudan sonra Gürcüstan ərazisində yaradılan iki separatçı rejimi müstəqil dövlət kimi tanıyan 5-ci dövlət Suriya oldu. Tuvalu və Vanuatu ilə bağlı məsələ qeyri-müəyyəndir. Cırtdan dövlətlər əvvəlcə separatçı rejimi tanısalar da, sonradan qərarlarından vaz keçdilər. Qərb dövlətləri, başda ABŞ olmaqla dərhal kəskin etiraz ortaya qoydular. Gürcüstan hakimiyyəti də, müxalifəti də bu məsələdə eyni mövqeni bölüşürlər. Amma Rusiya əleyhdarlarının səsi daha ucadan gəlməyə başlayıb. Müxalif “Avropa Gürcüstanı” partiyasının lideri, beynəlxalq məsələlər üzrə ekspert Serqey Kapanadze yerli mətbuata açıqlamasında bildirib ki, bu addım Rusiyanın Gürcüstana düşmən münasibətinin göstəricisidir: “Heç bir illuziyaya qatılmaq lazım deyil. Düşmən münasibəti heç bir danışıqlarla, seçilən hansısa formatla dəyişmək mümkün deyil”. Bu məsələ Gürcüstan parlamentində də müzakirə olunacaq və xarici işlər naziri Canelidze qapalı toplantıda hesabat verməli olacaq. Keçmiş nazir Paata Zakareişvili hesab edir ki, rəsmi Tbilisi bu məsələni BMT səviyyəsində müzakirəyə çıxarmalı və Dəməşqə qarşı cəza tədbirləri görülməsinə nail olmalıdır. Zakareişvili hesab edir ki, belə bir addımın atılması gələcəkdə separatçı rejimlərin tanınması haqqında düşünən dövlətlərə dərs ola bilər. Eks-nazir bildirib ki, bu məsələ ilə bağlı Tbilisidə məlumat olub və qərar o qədər də gözlənilməz olmayıb. Dəməşqin Moskvadan asılılığı o qədər güclüdür ki, gürcü hakimiyyətinin onları mövqeyindən çəkindirmək üçün etdiyi bütün cəhdlər puça çıxıb. “Nezavisimaya qazeta” yazır ki, bəzi gürcü ekspertlər bu məsələdə pozitiv məqamlar da görürlər. Onlar hesab edirlər ki, faciəli heç nə baş verməyib. Suriya dünya siyasi mərkəzi deyil, əksinə, dünya güclərinin mübarizə apardığı döyüş meydanıdır. Digər tərəfdən Əsədin bu tanıma məsələsi dondurulmuş halda qalan münaqişələr məsələsini yenidən dünyanın siyasi gündəminə gətirə bilər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub
15.02.2019
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
15.02.2019
BMT: “Fransa polisi nümayişçilərə həddən artıq güc tətbiq edib”
15.02.2019
Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info