“Cənub Qaz Dəhlizi Azərbaycanın enerji sahəsində növbəti uğurudur”
Tarix: 31.05.2018 | Saat: 22:21:00 | E-mail | Çapa göndər


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub. Nazirlikdən bildirilib ki, energetika naziri Pərviz Şahbazov Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və XXV Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirakını Böyük Britaniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa xüsusi diqqətinin göstəricisi kimi qiymətləndirib. Baronessa Emma Nikolson isə bildirib ki, “Cənub Qaz Dəhlizi” layihələrinin reallığa çevrilməsi Azərbaycanın enerji sahəsində növbəti uğurudur. Görüşdə Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti ətrafında müzakirələr aparılıb, BP-nin iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinin əhəmiyyəti, eləcə də Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təminatında rolundan bəhs edilib. Neft-qaz ilə yanaşı gələcəkdə bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Davamlı enerji təminatında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı Azərbaycanın gördüyü işlər və planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
18.06.2018
“ABŞ qaçqınlar üçün düşərgəyə çevrilməyəcək”
18.06.2018
ASAN xidmət Azərbaycan Prezidentinin böyük uğurudur
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9424

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info