“Azərbaycan və Aİ 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar“
Tarix: 01.06.2018 | Saat: 10:23:00 | E-mail | Çapa göndər



Energetika Nazirliyi və “AZPROMO”nun təşkilatçılığı ilə Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Öttüngerin rəhbərlik etdiyi nümayəndə heyəti və Almaniya iş adamlarının iştirakı ilə birgə dəyirmi masa keçirilib.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, energetika naziri Pərviz Şahbazov Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində mövcud strateji əməkdaşlıq barədə məlumat verib. Nazir bildirib ki, Günter Öttingerin yüksək səviyyəli görüşlərlə zəngin səfər proqramı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə, bu məqsədlə yeni istiqamətlərin müəyyənləşdirilməsinə imkan yaradır. Nazir “Cənub Qaz Dəhlizi”nin açılışını, Avropa İttifaqını enerji təhlükəsizliyi kimi strateji məqsədinə yaxınlaşdıran tarixi hadisə kimi qiymətləndirib: “Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq inkişaf edir və Bakı bu inkişafı daha da sürətləndirmək istəyir. İki gün bundan əvvəl açılış mərasimi keçirilən “Cənub Qaz Dəhlizi” bu prosesdə xüsusi rol oynayacaq. Bu layihə Azərbaycan qazını Avropaya gətirəcək, enerji təhlükəsizliyinə və marşrutların şaxələndirilməsinə töhfə verməklə, Avropanın enerji xəritəsini dəyişəcək”.
Nazir dəyirmi masanın əhəmiyyətini artıran digər bir məqam kimi Almaniya iş adamlarının bu tədbirdə iştirakını qeyd edib. Bildirilib ki, Azərbaycanda 200-dən çox alman şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir: "Almaniya ilə enerji sahəsində “Uniper”, “Siemens” və sair şirkətlərin timsalında uğurlu əməkdaşlıq əlaqələri qurulub. Almaniyanın keçmiş “E.ON”, indiki “Uniper” şirkəti, “Şahdəniz-2” qazının alıcılarından biridir. Bundan başqa, “Uniper” şirkətinin enerji və buxar istehsalı sahəsində SOCAR-la əməkdaşlıq edir. “Siemens” şirkətinin fəal iştirakı ilə 525 MVT gücündə “Sumqayıt” Elektrik Stansiyası, Bakıda iki yarımstansiya tikilib, beş yarımstansiyanın isə modernləşdirilməsi həyata keçirilib. Hazırda həm bərpa olunan enerji mənbələri, həm də digər sahələrdə, xüsusilə qeyri-neft sektorunda iqtisadi əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensial var. Qida, nəqliyyat, turizm və s. sahələrdə çalışan Almaniya iş adamları ilə yanaşı onların buradakı tərəfdaşlarının da bu tədbirdə iştirakı bu imkanların reallığa çevrilməsinə, ölkələrimizin əməkdaşlıq potensialının araşdırılması və konkret layihələrin müəyyənləşdirilməsinə böyük töhfə verəcək".
“Cənub Qaz Dəhlizi”nin açılışını tarixi hadisə adlandıran Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger isə deyib ki, 2011-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması bir xülya olaraq görünürdü: "Lakin bu gün biz Cənub Qaz Dəhlizinin reallığa çevrildiyini görürük".
G.Ottinger bildirib ki, Azərbaycan Avropa qaz bazarına çıxışı ilə qitənin enerji bazarına inteqrasiya olunacaq: “Azərbaycan neft-qazla yanaşı, alternativ enerji mənbələrinə böyük investisiya qoyur. Bu yaxşı göstəricidir. Azərbaycan günəş, külək və hidroenerji mənbələri üçün əlverişli ölkədir. Ancaq bütün hallarda ölkəniz tərəfindən enerji səmərəliyini Kioto protokolu və Paris sazişinin qaydalarına uyğun yerinə yetirilməsi çox vacibdir. Azərbaycan və Avropa İttifaqı artıq 2030-cu il üçün yeni enerji proqramını hazırlamalıdırlar”.
Dəyirmi masa Azərbaycan və Almaniya iş adamlarının müzakirəsi ilə davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
“Konvensiyanın imzalanması Xəzərdə təhlükəsizliyin təmini üçün atılan mühüm addımdır”
14.08.2018
TANAP-ın Türkiyədəki layihələrə ayırdığı qrant 140 milyon lirəyə çatacaq
14.08.2018
“Dollar böhranı“ndan da uğurla çıxacağıq”
14.08.2018
Xəzərin statusu barədə konvensiya regiona investisiyaların gəlişini asanlaşdıracaq
13.08.2018
“Konvensiya xoş məram, etimad, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşdi”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9854

1 DSX rəisi at çapan qızla görüşüb
2 Leyla Hüseynova: “Dənizçilik həyatımın anlamıdır”
3 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
4 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
5 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info