“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli film ictimaiyyətə təqdim edildi
Tarix: 01.06.2018 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Mayın 30-da Nizami Kino Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin təqdimatı olub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupunun təşəbbüsü və Cinealliance Kinoşirkətinin yaradıcı komandasının ərsəyə gətirdiyi Cümhuriyyətin 9 şəkli bədii-sənədli filminin təqdimat mərasiminə ölkənin bir çox tanınmış şəxsləri qatılıb. Belə ki, təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri, KİV nümayəndələri və Veysəloğlu şirkətlər qrupunun rəhbər heyəti iştirak ediblər.
“Cümhuriyyətin 9 şəkli” bədii-sənədli filminin senari müəllifi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri Əliağa Məmmədovdur.
Qeyd edək ki, Veysəloğlu Qrupun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn “Cumhuriyyətin 9 şəkli” bədii-sənədli filminin baş rolunu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib.
Baş verənlərin tarixçi, salnaməçi baxışından deyil, bir sıravi əsgər baxışından açıqlanmasıdır. Qafqaz İslam ordusunun əsgəri və eyni zamanda fotoqrafı olmuş sıravi əsgərin illər keçəndən sonra belə ailəsində yaşanan ideoloji mühitin yaradılmasındandır.
Filmdə o dövrdə baş verən mühüm hadisələri özündə əks etdirən doqquz şəkil canlanır. Bu şəkillər vasitəsi ilə Azərbaycan Demokratik Respublikasının doqquz fərqli sahədə əldə edə bildiyi uğurlar gündəmə gətirilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir.
Vizual mətnin əsas mesajı iki illik möhtəşəm tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsidir. Bugünkü tamaşaçıya bəsit dəlillərlə və çox sadə bir dildə tarixin çatdırılmasıdır. O, möhtəşəm iki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq mühafizə, məhkəmə, bank, poçt teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş uğurlar xüsusi olaraq filmdə vurğulanır.
Aktyor oyunu, bədii mətnlə müşayiət olunan foto və video arxiv ilə bərabər rəsm cizgilərinin anidən canlanması və digər mənbəyə fokuslanması Azərbaycan kinosu üçün yeni bir sintez mədəniyyət formalaşdırır.
Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının iki müxtəlif yaş nəslinin Azərbaycan Demokratik Respublikasına olan oxşar münasibətidir. Hər iki nəsil öz şanlı tarixinə hörmət edir. Olanları yüksək dəyərləndirir. Ancaq belə bir ideoloji mühit vətənə bağlı əsgər yetişdirə bilər. Necə ki, filmin qəhrəmanı olan uşaq əsgər olmaq arzusu ilə belə bir ideoloji mühitdə böyüyür.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
“Almaz” yenidən səhnəyə qayıdır
24.05.2019
“Mənim balaca şahzadəm” cizgi filminin təqdimatı olub
23.05.2019
Ukraynanın ən populyar yumoristik teleşousu Azərbaycanda açılacaq
23.05.2019
İsraildə Nəsiminin 650 illiyinə həsr olunmuş Beynəlxalq şeir müsabiqəsinə yekun vurulub
23.05.2019
Özbəkistanın əlyazmalar fondunda Nəsiminin əsərlərindən ibarət əlyazmalar müəyyən edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10786

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info