Azərbaycanlı pianoçunun ifası hollandiyalıların marağına səbəb olub
Tarix: 01.06.2018 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Niderlandda fəaliyyət göstərən Odlar Yurdu- Niderland Azərbaycan Dostluq Ccəmiyyətinin dəvəti ilə, Bakı şəhər T.Quliyev adına 12 saylı musiqi məktəbinin 8-ci sinif şagirdi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Ayan Eyvaz qızı Məmmədli Niderlandda olub. Səfər çərçivəsində Ayan Məmmədli Azərbaycan Respublikasının Niderland Krallığında yerləşən səfirliyində AXC-nin 100 illiyi münasibəti ilə təşkil olunmuş mötəbər tədbirdə iştirak edib. Tədbir gənc pianoçu Ayan Məmmədlinin ifasında səsləndirilən Azərbaycan Dövlət himni ilə açılıb. Bundan sonra Ayan Məmmədli geniş proqramla çıxış edib. Onun 1 saatlıq proqramla böyük şövqlə ifa etdiyi Q.Qarayev, T.Quliyev, T.Bakıxanov, V.Adıgözəlov, F.Şopen, P.İ.Çaykovski, E.Lecuona, Kapustin, S.Raxmaninov həmyərlilərimizin və holland tamaşaçıların böyük rəğbətinə və marağına səbəb olub. Hollandiyanın musiqi ictimayətini təmsil edən bir qrup nümayəndələr gənc azərbaycanlı pianoçu ilə, bundan sonra mütəmadi olaraq yaradıcılıq əlaqələrində olmaq istəklərini bildiriblər. Respublikamızın sərhədlərindən çox-çox uzaqlarda Ayanın bu uğurlu ifası AXC- nin 100 illiyinə ən böyük tövhə olub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.06.2018
“Qurtuluşdan tərəqqiyə” adlı xüsusi nəşr işıq üzü görüb
14.06.2018
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Libermanla görüşüb
14.06.2018
Aşıq Kamandar yad edilib
14.06.2018
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
13.06.2018
Səmrərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9420

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info