2018-ci il mayın 28-i Hyustonda Azərbaycan Günü elan edilib
Tarix: 01.06.2018 | Saat: 12:56:00 | E-mail | Çapa göndər


Amerikanın energetika paytaxtı hesab olunan və 1976-cı ildən Bakı ilə qardaşlaşmış, çoxsaylı həmvətənlərimizin yaşadığı Hyuston şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı şəhərin meri Silvestr Törner tərəfindən 2018-ci il mayın 28-i Azərbaycan Günü elan edilib. Bununla əlaqədar olaraq S.Törner bəyannamə imzalayıb.
Bəyannamədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı bildirilir.
Qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnun verilməsini təmin edib.(AZƏRTAC)
Sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Eyni zamanda Hyustonun və Bakı arasında qardaşlıq münasibətinin və vətəndaşlar arasında bir sıra mədəni və təhsil sahələrində mübadilənin mövcud olduğu qeyd olunur.
Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 may tarixinin Milli Gün olaraq qeyd olunduğu bildirilir.
Sənəddə mer Törner Hyustonda Azərbaycan Demokratik Respublikası Günü elan edildiyi bildirilir.
Qeyd edək ki, bəyannamə mayın 31-də Hyuston şəhərində Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova meriya nümayəndəsi tərəfindən rəsmən təqdim olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
“Azərbaycan Yaxın Şərqdə tolerantlıq vadisidir”
24.06.2018
Rusiya Dövlət Dumasının sədri rəsmi səfərə gəlir
22.06.2018
“Azərbaycan Ordusu torpaqlarımızı azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək imkanındadır”
22.06.2018
“Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır”
22.06.2018
Zakir Həsənov: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9460

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info